Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün “Xəzinə Bələdçisi” hazırlanıb

AzVak-mobil_resmin_ustu_31
Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün “Xəzinə Bələdçisi” hazırlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün “Xəzinə Bələdçisi” hazırlanıb.

“Xəzinə Bələdçisi”nin əsas məqsədi xəzinədarlıq orqanı ilə büdcə təşkilatları arasında sənəd dövriyyəsini tam şəffaflaşdırmaqla müraciətlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə vahid yanaşma əsasında daha sürətli və xətasız hazırlanmasına dəstək göstərmək, sənədləşmə prosesində rast gəlinən texniki və prosedur uyğunsuzluqların minimuma endirilməsini təmin etməkdir.

Müvafiq sənəd, həmçinin, xəzinədarlıq xidmətləri sahəsində rəqəmsallaşma proseslərinin təşviqini, müraciətlərin hazırlanması və icrası zamanı vahid yanaşmanın formalaşdırılmasını və istifadəçi məmnunluğunun artırılmasını hədəfləyir.

Metodiki təlimatda əməyin ödənişi, mal, iş və xidmətlərin satınalınması, faizlər üzrə ödənişlər, subsidiyalar, qrantlar və digər ödənişlər, sosial ödənişlər, dövlət icbari şəxsi sığorta xərcləri, qeyri-maliyyə və maliyyə aktivləri, eləcə də öhdəliklər üzrə əməliyyatlar daxil olmaqla 140-dan çox xərc maddəsi üzrə təqdim edilməli zəruri sənədlərin siyahısı, müraciətlərin hazırlanması qaydaları və mümkün imtina halları barədə məlumatlar əks olunub.

“Xəzinə Bələdçisi” büdcə təşkilatlarının elektron istifadəsi üçün Xəzinədarlığın İnformasiya İdarəetmə Portalında, Nazirliyin internet informasiya resurslarında, o cümlədən sosial media platformalarında yerləşdirilib.

"Xəzinə Bələdçisi" ilə bu linkə keçid edərək tanış ola bilərsiniz:

 

Dövlət Xəzinədarlıq Agentliyi Maliyyə Nazirliyi Xəzinə Bələdçisi xəzinədarlıq xidmətləri büdcə təşkilatları metodiki dəstək dövlət büdcəsi büdcə sənədləri sənəd dövriyyəsi xəzinədarlıq orqanı müraciətlərin qəbulu müraciətlərin icrası elektron xəzinədarlıq Xəzinədarlığın İnformasiya İdarəetmə Portalı rəqəmsallaşma dövlət maliyyəsi büdcə xərcləri xərc maddələri əməyin ödənişi satınalmalar sosial ödənişlər subsidiyalar qrantlar faiz ödənişləri dövlət icbari şəxsi sığorta maliyyə aktivləri qeyri-maliyyə aktivləri öhdəliklər üzrə əməliyyatlar büdcə müraciətləri sənədləşmə qaydaları imtina halları istifadəçi məmnunluğu şəffaf sənəd dövriyyəsi dövlət qurumları metodiki təlimat xəzinədarlıqda yeni bələdçi
24.06.2026 10:02
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19