İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
"Son il ərzində investisiya şirkətlərinin balans göstəricilərində azalma müşahidə olunmuşdur. 2024-cü ilin sonu ilə müqayisədə investisiya şirkətlərinin aktivləri 34% (61 mln. manat) azalaraq 121 mln. manat, öhdəlikləri isə 50% (64 mln. manat) azalaraq 64 mln. manat təşkil etmişdir. İnvestisiya şirkətlərinin aktiv və öhdəliklərindəki azalmanı şərtləndirən əsas amil yüklü maliyyə aktivlərinin (repo/əks-repo əməliyyatları) həcminin azalması olmuşdur."
Marja.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin sonuna olan məlumatlar əsasında hazırlanmış Maliyyə Sabitliyi Hesabatında bildirilir.
Qeyd edilib ki, il ərzində investisiya şirkətlərinin müştəri aktivləri genişlənməkdə davam etmişdir. 2025-ci il ərzində investisiya şirkətlərinin müştəri aktivləri 35% (668 mln. manat) artaraq il sonuna 2.6 mlrd. manata çatmışdır. Müştəri aktivlərində artımın əsas drayveri xarici bazarda broker xidmətləri olmuşdur. Belə ki, xarici bazarda broker xidmətləri üzrə müştəri aktivləri 31% (580 mln. manat) artaraq 2.2 mlrd. manat təşkil etmişdir.
İnvestisiya şirkətlərinin xalis mənfəətində azalma müşahidə olunmuşdur. Belə ki, 2025-ci il ərzində investisiya şirkətlərinin xalis mənfəəti 32% (2.5 mln. manat) azalaraq il sonuna 5.4 mln. manat olmuşdur. İnvestisiya şirkətlərinin xalis mənfəəti artan haqq və komissiya, əmək haqqı və sosial xərclər, habelə inzibati xərclər fonunda azalmışdır.
İnvestisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır. 2025-ci ilin sonuna investisiya şirkətləri üzrə məcmu kapital 55.1 mln. manat, tələb olunan kapital isə 7.4 mln. manat təşkil etmişdir ki, bu da investisiya şirkətlərinin kifayət qədər kapital buferinə sahib olduğunu göstərir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 22 d. əvvəl
-
33 d. əvvəl
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
- 50 d. əvvəl
-
55 d. əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
-
1 saat əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
-
2 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
11 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
Ən çox oxunanlar
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir





















.jpg)

