Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Fitch": Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Fitch": Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Fitch" beynəlxalq reytinq agentliyi Ermənistan və Azərbaycan arasında ticari-iqtisadi münasibətlərin başlamasını qeyd edir və Bakı ilə münasibətlərin normallaşmasının Ermənistanın iqtisadiyyatının perspektivlərini yaxşılaşdıra biləcəyini hesab edir.

 "Fitch" bunu Ermənistanla bağlı reytinq fəaliyyətində qeyd edib.

"Ermənistan və Azərbaycan sülh sazişinə nail olmaq məqsədi daşıyan birgə bəyannamə imzalayıb, bu da yaxın perspektivdə hərbi eskalasiya risklərini əhəmiyyətli dərəcədə azaldır. Yekun sazişin imzalanması qeyri-müəyyən olaraq qalır. Çünki bu, Ermənistanın Konstitusiyasına Qarabağla bağlı istinadların çıxarılması məqsədilə dəyişikliklər etməsindən asılıdır. Bu isə iyun ayında parlament seçkilərindən sonra ümumxalq referendumunun keçirilməsini tələb edir. Azərbaycanla və onun vasitəsilə ticarət açılmağa başlayıb. Türkiyə ilə münasibətlər əhəmiyyətli dərəcədə yaxşılaşır və məlumata görə, Türkiyə hökuməti Ermənistanla quru sərhədinin açılması imkanını nəzərdən keçirir", - "Fitch" qeyd edib.

Agentlik Ermənistanın uzunmüddətli reytinqini "BB-" səviyyəsində təsdiqləyib, proqnozu isə "sabit"dən "pozitiv"ə dəyişdirib.

"Fitch"in proqnozlarına görə, Ermənistanın ÜDM-nin artımı 2026-2027-ci illərdə ildə 5 % səviyyəsində olacaq: "Orta müddətli perspektivdə əlavə artım potensialı Azərbaycanla sülh sazişinin ardıcıl şəkildə həyata keçirilməsi və Türkiyə ilə sərhədin açılması hesabına yarana bilər".

Cari ildə dövlət büdcəsinin defisiti müdafiə xərclərinin azaldılması hesabına ÜDM-in 4,5 %-ni təşkil edəcək.

"2025-ci ildə cari əməliyyatlar hesabının defisiti 4,5 % təşkil edəcək və 2026-2027-ci illərdə bir qədər azalacaq", - agentlik vurğulayıb.

"Fitch" həmçinin Ermənistanın bank sisteminin dollarlaşmasının yüksək səviyyədə olduğunu qeyd edir – 2025-ci ilin noyabrın sonuna depozitlərin dollarlaşma səviyyəsi təxminən 43,3 % təşkil edib.

İş elanları AzVak.az-da

© "Report"

17.01.2026 11:50

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18