970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Saloğlu Qarabağ” şirkətinin istehsal müəssisəsinin təməli qoyuldu

Müəssisənin investisiya dəyəri 8 milyon manatdır. Zavodun istehsal gücü illik 4 min dəst mebel və 6 min ədəd metal mebel aksesuarı olacaq.
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Saloğlu Qarabağ” şirkətinin istehsal müəssisəsinin təməli qoyuldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam Sənaye Parkında “Saloğlu Qarabağ” MMC-nin istehsal müəssisəsinin təməlini qoyub.

Marja  xəbər verir ki, “Saloğlu Qarabağ” MMC-nin təsisçisi Tacəddin Mustafayev dövlətimizin başçısına yeni yaradılacaq müəssisə haqqında məlumat verdi.

Reklam_3_11

Bildirildi ki, müəssisə Ağdam Sənaye Parkında 1 hektar ərazidə yaradılacaq. Burada mebel, o cümlədən müxtəlif çeşiddə qonaq və yataq otağı dəstləri, yumşaq və metal mebel aksesuarlarının istehsalı üzrə zavodun qurulması nəzərdə tutulur. İstehsal prosesində Türkiyə, Almaniya və Çin texnologiyalarından istifadə olunacaq.

Zavodun istehsal gücü illik 4 min dəst mebel və 6 min ədəd metal mebel aksesuarı olacaq.

Məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək. İnvestisiya dəyəri 8 milyon manat olan müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən güzəştli kredit ayrılması nəzərdə tutulub.

Müəssisə sənaye parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanacaq. Burada 50 nəfərlik daimi iş yerinin yaradılması planlaşdırılır.

İş elanları AzVak.az-da

İlham Əliyev Ağdam Sənaye Parkı Saloğlu Qarabağ MMC istehsal müəssisəsinin təməlqoyma mərasimi Qarabağda sənaye layihələri mebel istehsalı Azərbaycan qonaq otağı mebelləri yataq otağı mebelləri yumşaq mebel istehsalı metal mebel aksesuarları Türkiyə Almaniya Çin texnologiyaları illik istehsal gücü 4 min dəst mebel 6 min metal mebel aksesuarı daxili bazar və ixrac 8 milyon manat investisiya Azərbaycan Biznesinin İnkişafı Fondu güzəştli kredit sənaye parkı rezidenti vergi və gömrük güzəştləri Qarabağda iş yerləri 50 daimi iş yeri regional iqtisadi inkişaf işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq Ağdamda sənayeləşmə investisiya mühiti Azərbaycan.
23.12.2025 16:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18