ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi
ABŞ-də üçüncü rübdə iqtisadi artım 4,3% təşkil edərək iqtisadçıların gözləntilərini 1 faiz bəndi üstələyib.ABŞ-də 2025-ci ilin üçüncü rübünə dair açıqlanan göstəricilər iqtisadi fəallığın bazar gözləntilərindən daha güclü olduğuna işarə edib.
Marja xəbər verir ki, ABŞ iqtisadiyyatında - davamlı istehlakçı və biznes xərcləri, eləcə də sabit ticarət siyasətlərinin təsiri ilə üçüncü rübdə son iki ilin ən sürətli artım tempini qeydə alınıb.
Məlumatlara görə, ölkə iqtisadiyyatı üçüncü rübdə illik müqayisədə 4,3% böyüyüb. Bloomberg sorğusunda iştirak edən iqtisadçıların gözləntisi isə artımın 3,3% olacağı istiqamətində idi.
Göstəricilər son iki ilin ən sürətli iqtisadi artımının qeydə alındığını göstərib.
Eyni dövrdə şəxsi istehlak xərcləri 3,5% artıb. Proqnoz artımın 2,7% səviyyəsində olması idi.
Hökumətin fəaliyyətinin dayandırılması səbəbilə dördüncü rüb üzrə iqtisadi artım göstəricilərində yavaşlama proqnozlaşdırılsa da, iqtisadçılar 2026-cı il üçün nikbin mövqelərini qoruyur. Bloomberg-in məlumatına görə, mütəxəssislər ev təsərrüfatlarına ediləcək vergi qaytarmaları və Ali Məhkəmənin Trampın genişmiqyaslı qlobal gömrük rüsumlarını ləğv etmə ehtimalı fonunda 2026-cı ildə iqtisadiyyatda məqbul bir bərpa gözləyirlər.
Federal Ehtiyat Sisteminin (FED) son proqnozları da bu müsbət gözləntiləri dəstəkləyir. FED sədri Cerom Pauell dəstəkləyici fiskal siyasətləri, süni intellekt məlumat mərkəzlərinə yatırımları və sabit ev təsərrüfatı istehlakını gələn il üçün proqnozlaşdırılan sürətli artımın əsas səbəbləri kimi göstərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)







.jpg)








