AS Group Omanda beynəlxalq sərgidə iştirak edib - FOTO/VİDEO
Azərbaycanın AS Group şirkəti “Oman Urban Home and Building Expo, Urban October 2025” beynəlxalq sərgisində iştirak edib.
(®) 6–8 oktyabr tarixlərində Oman Sultanlığının paytaxtı Məsqət şəhərində “Oman Urban Home & Building Expo, Urban October 2025” beynəlxalq sərgisi keçirilib. Bu tədbir regionun aparıcı platformalarından biri olub və inşaat, tikinti texnologiyaları, yaşayış məkanlarının dizaynı və şəhərsalma inkişafına həsr olunub.
Tədbir Oman Mənzil və Şəhərsalma Nazirliyinin təşkilati dəstəyi ilə baş tutub. Azərbaycanın AS Group şirkəti sərgidə şirkətin təsisçisi cənab Şahin Mövsümovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Sərgi inşaat şirkətlərini, memarları, mühəndisləri, podratçıları, təchizatçıları və dövlət qurumlarının nümayəndələrini bir araya gətirib. Üç gün davam edən sərgi çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə davamlı tikinti və şəhərsalma sahəsində ən son tendensiyalara həsr olunmuş panel müzakirələr, seminarlar və təqdimatlar keçirilib.
Sərginin açılışı təntənəli şəraitdə keçirilib. Açılış mərasimində Mənzil və Şəhərsalma naziri cənab doktor Xalfan bin Səid əl-Şueyli, həmçinin ticarət, Sənaye və İnvestisiyaların Təşviqi naziri cənab Qeys Məhəmməd əl-Yusif iştirak ediblər. Mərasim çərçivəsində əməkdaşlıq sazişləri imzalanıb və tender qalibləri təqdim olunub.
Səfər çərçivəsində AS Group-un nümayəndə heyəti Oman İnvestisiya Bankının Baş direktoru cənab Mohammed Al-Habsi, Omanın Şəhər İnkişafı üzrə Milli Strategiya Qurumunun icraçı direktoru İbrahim Al-Vaili, eləcə də müxtəlif dövlət və özəl təşkilatların nümayəndələri ilə görüşlər keçirib. Görüşlər zamanı Omanın iqtisadi və investisiya mühiti, eləcə də potensial əməkdaşlıq imkanları müzakirə edilib.
AS Group sərgidə həm yerli, həm də xarici ölkələrdəki iri layihələrini təqdim edib. Şirkətin stendində “Ağalı Ağıllı Kənd”, “Tbilisi Park Boulevard”, “AS Group” və “BI Group” şirkətlərinin birgə layihəsi olan “4You Baku”, eləcə də Tunel Qəlib - müasir inşaat texnologiyası nümayiş etdirilib. Sərgi ziyarətçiləri təqdim olunan layihələrə böyük maraq göstərib və onlarla yaxından tanış olub.
AS Group şirkətinin stendini Azərbaycanın Omandakı fövqəladə və səlahiyyətli səfiri cənab Rəşad İsmayılov ziyarət edib. Təqdim olunan layihələr səfirin böyük marağına səbəb olub. Cənab Rəşad İsmayılov şirkət nümayəndələrinə sərgidə iştirakın vacibliyini vurğulayaraq gələcək əməkdaşlıqlar üçün mövcud potensial imkanlara diqqət çəkib.
Tədbirdə Oman, Fars körfəzi ölkələri və digər dövlətlər də daxil olmaqla 9 ölkədən təxminən 140 şirkət iştirak edib. AS Group sərgidə təmsil olunan yeganə Azərbaycan şirkəti olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Bank of Baku" xalis mənfəətinin 20 faiz artdığını açıqladı - BANKDA SON VƏZİYYƏT MƏLUM OLDU
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
Xalq Bank və Qatar Airways əməkdaşlığı müştərilərə xüsusi fürsətlər təqdim edir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bank Respublika 2025-ci ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqladı
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Xalq Bank 9 aylıq maliyyə göstəricilərini açıqladı - BANK DAHA DA BÖYÜYÜB
Son Xəbərlər

"AFB Bank" 9 ay üzrə maliyyə nəticələrini açıqladı

"Bank of Baku" xalis mənfəətinin 20 faiz artdığını açıqladı - BANKDA SON VƏZİYYƏT MƏLUM OLDU
.png)
Expressbankın biznes kreditləri portfeli 10% artıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Bank “BTB” maliyyə göstəricilərini açıqladı

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni şirkət
Ən çox oxunanlar

“VTB Azərbaycan” mənfəətini kəskin artırıb

Kapital Bank sürət yığır – gəlirlər və kreditlər rekord həddə

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərin nəzərinə

Mastercard və Göygöl Şərab Zavodu “Priceless” təcrübəsini yenidən Azərbaycana gətirdi

AccessBank böyüyüb, kredit portfeli artıb

BonAqua gənclərə dəstəyini davam etdirir

Unibank 3-cü rübün maliyyə nəticələrini açıqladı
