Azərbaycan şirkəti Türkiyənin qabaqcıl şirkətilə müqavilə imzaladı
Son illərdə ölkəmizdə gedən iqtisadi proseslər şirkətlərin daha sağlam və planlı formada strateji addımlar atmağa məcbur etdi. Təbii ki, bu baxımdan marketinq departamentlərinin, eyni zamanda bu sahəda fəaliyyət göstərən müstəqil araşdırma və konsaltinq şirkətlərinin fəaliyyəti də daha qabarıq özünü göstərməyə başlamaqdadır.
“AzMarketinq” MMC marketinq araşdırmaları və konsaltinq şirkəti 2008-ci ildən etibarən Azərbaycan bazarında bütün sahələrdə fəaliyyət göstərən sahibkarlara və iş adamlarına xidmət göstərməkdədir. Hər zaman öz müştərilərinə dəyər verən şirkət, geridə qoyduğumuz 9 il ərzidə bir çox uğura imza atmış və cəmiyyətin bu sahədə maariflənməsində böyük rol oynamışdır. Minlərlə təlim saatı, bir neçə kitab nəşri, beynəlxaq təhsil və praktikaya sahib olan şirkət kollektivi daha bir uğura və ilkə imza atmışdır.
Belə ki, 09.09.2017-ci il tarixində Azərbaycan marketinq tarixində ilk dəfə olaraq yerli şirkət kimi Türkiyənin qabaqcıl marketinq və strateji planlama şirkəti olan “Brand Suite” LLC ilə əməkdaşlıq müqaviləsi imzalanmışdır. Bu barədə "Marja"ya “AzMarketinq” şirkətindən bildirilib.
Müqavilədə marketinq, strateji planlama, biznesin inkişafı, marketinq kommunikasiyaları və s. biznesin strateji sahələrininin inkişafı mövzularında qarşılıqlı əməkdaşlığın detalları, eyni zamanda informasiya mübadiləsinin aparılması, təlim və təhsil mövzuları öz əksini tapmışdır. Eyni zamanda Türkiyənin məhşur “Brand Map” jurnalının Azərbaycan üzrə nümayəndəliyi rəsmi olaraq “AzMarketinq” MMC-yə həvalə edilmişdir.
Qeyd etmək lazımdır ki, AzMarketinq MMC ölkədə bir çox layihələrin də müəllifidir. Marketinq MeetUp 2017 və digər bu kimi layihələr cəmiyyətin marketinq sahəsinə olan diqqət və marağının formalaşmasında önəmli rola malikdir.
Eyni zamanda komanda üzvləri Seymur Quliyev, Eyyub Qarabağlı, Tural Abbaslı müxtəlif zamanlarda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “Made İn Azerbaijan” siyasətinə bir başa dəstək olaraq “İki Sahil” qəzetində və eləcə də digər mətbu orqanlarda bu mövzuda marketoloq yanaşmaları haqqında müsahibələrdə iştirak etmişdir. Məhz Türkiyədə bağlanmış əməkdaşlıq müqaviləsinin əsas predmentlərindən biri də, yerli sahibkarlarımız üçün xarici bazarların araşdırılmasında və daha rəqabət qabiliyyətli yerli markaların yaradılmasında onlara geniş imkanların təqdim edilməsidir.
Ölkə daxilində bir çox şirkətlərə xidmət göstərən "AzMarketinq" MMC artıq xarici bazarlarda da Azərbaycanı təmsil etməklə sahibkarlarımızın, iş adamlarının ixrac siyasətinə dəstək olmağa tam hazırdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
22 d. əvvəl
Gecikdirilmiş 108 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub
-
- 27 d. əvvəl
- 30 d. əvvəl
-
45 d. əvvəl
Ötən il 30 milyon manatdan çox qazanmış bank səhmdarlarına dividend ödəyəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
-
1 saat əvvəl
Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin artırıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bank Nəzarəti Strategiyası” təsdiq edilib - AÇIQLAMA
McDonald’s yenə təəccübləndirdi...
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Neft bazarına tarixi müdaxilə planı - QİYMƏTLƏR DÜŞDÜ
Milyarderlərin sayı 400 nəfər artaraq 3428-ə, sərvətləri 4 trilyon artaraq 20,1 trilyon dollara çatıb
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir


























