McDonald’s yenə təəccübləndirdi...
McDonald’s restoranı öz mətbəxinin qapılarını xüsusi olaraq mətbuat nümayəndələri üçün açıb. Hər bir şəxs McDonald’s-ın mətbəxinə daxil olub, şəraitlə birbaşa tanış ola bilər.(®) Hər uğurun arxasında şübhəsiz ki, böyük hekayələr gizlənir. McDonald’s hekayəsi də kiçik bir mətbəxdən başladı və çox keçmədi ki, hər kəsin sevimli məkanına çevrildi.
Bəs eyni menyu, eyni dad və eyni xidmət modeli dünyanın müxtəlif ölkələrində necə uğur qazana bildi? Cavab olduqca sadədir: McDonald’s təkcə xüsusi reseptləri ilə ağız dadımızı dəyişmədi, qlobal keyfiyyət standartları, operativ xidmət və müasir idarəetmə modeli ilə qida sektorunda öz liderliyini qoruya bildi.
Ötən gün Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 1054-cü məhəllə ünvanında yerləşən McDonald’s restoranı öz mətbəxinin qapılarını xüsusi olaraq mətbuat nümayəndələri üçün açıb. Ləzzətli burger çeşidlərinin hazırlandığı bu məkan qonaqları sözün əsl mənasında təəccübləndirib.
Burada ən müasir avadanlıqlarla təchizat, təzə və keyfiyyətli məhsullar, yüksək gigiyenik şərait ilk baxışdan diqqət çəkib.
“McDonald’s Azərbaycan” şirkətinin Təchizat və Keyfiyyətə nəzarət üzrə direktoru Anar Osmanov bildirib ki, şirkətin Azərbaycandakı bütün filialları rəqəmsal qida təhlükəsizliyi sistemi ilə təchiz olunub. Belə ki, bu sistem vasitəsilə keyfiyyətə və qida təhlükəsizliyinə nəzarət təkcə əməkdaşlar tərəfindən deyil, həm də xüsusi ağıllı texnologiya vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, burada olan hər bir məhsul xüsusi otaqlarda öz temperatur rejiminə və saxlanma şəraitinə uyğun saxlanılır. Əgər anbarda məhsullar üçün təyin olunmuş temperatur rejimində dəyişiklik yaranarsa və ya hər hansı nasazlıq baş verərsə, bir neçə saniyə ərzində rəqəmsal nəzarət sistemi işə düşür və səs siqnalı vasitəsilə xəbərdarlıq edir.
Şirkət üçün prioritet məqamlardan biri də məhsulların keyfiyyəti və təzə halda istehlaka ötürülməsidir. Artıq uzun müddətdir ki, McDonald’s Azərbaycan şirkəti istifadə etdiyi ət məhsullarını yerli bazar vasitəsilə təmin edir və bununla yerli istehsalçıların inkişafına dəstək verir. Bundan əlavə, istifadə edilən müxtəlif souslar və digər məhsullar da yerli və etibarlı tədarükçülərdən təmin olunur.
Əməkdaşlar bildiriblər ki, istehlakçıları tez-tez maraqlandıran suallardan biri də burada istifadə edilən yağlarla bağlıdır. Qeyd edilib ki, McDonald’s qidalarında istifadə olunan yağlar İspaniyadan idxal olunan bitki yağlarıdır və onların keyfiyyəti mütəmadi olaraq nəzarətdə saxlanılır.
McDonald’s sevənlər burada hazırlanan qazlı içkilərin özünəməxsus dada malik olduğunu vurğulayırlar. Hazırlanan bütün isti və soyuq içkilər üçün istifadə edilən su xüsusi filtr aparatından keçdikdən sonra yoxlanılır. Restoranlar qazlı içkilər hazırlayan avadanlıqlarla təchiz olunub və hər içki müştəriyə sifariş əsasında yerində hazırlanır. Menyuya daxil olan məhsullar əvvəlcədən hazırlanılmır — sifarişdən dərhal sonra prosesə başlanılır. Çatdırılma sifarişlərində belə hazırlanan məhsul müəyyən müddət ərzində götürülməzsə, istifadə olunmur. Bu addım məhsulların təzəliyini və keyfiyyətini qorumağa xidmət edir.
Bütün bu qeyd edilən məqamlara McDonald’s müştəriləri bilavasitə şahid ola bilərlər. McDonald’s Azərbaycan şirkəti insanların marağını nəzərə alaraq ölkədaxili bütün restoranlarda yenidən “Açıq Qapı” proqramını təqdim edib. Burada hər bir şəxs McDonald’s-ın rəsmi internet səhifəsi və ya mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçməklə, əvvəlcədən təyin olunmuş vaxtda əməkdaşların müşayiəti ilə restoranın mətbəxinə daxil olub, şəraitlə birbaşa tanış ola bilər. Proqram haqqında ətraflı məlumat və qeydiyyat : https://mcdonalds.az/open-doors
Günay Camalqızı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 saat sonra
-
-
7 saat əvvəl
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
-
8 saat əvvəl
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
-
9 saat əvvəl
“City Garden Narimanov”da geniş mənzil seçimləri və rahat yaşayış imkanı
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
-
10 saat əvvəl
"Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər
Ən çox oxunanlar
Mərkəzi Banka 10-cu baş direktor təyin edilib
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
2 şirkət “Grand-Agro” şirkətinə qoşulub
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
"FERRUM Kapital”ın 1 milyon manat borclanması üzrə qərar verilib







.jpg)







.jpg)






