"Gəlir vergisinin büdcədə ən yüksək payı ötən il olub"
Azərbaycan müstəqillik əldə edildikdən sonra gəlir vergisinin dövlət büdcəsində ən yüksək payı 1 milyard 839 milyon manat olmaqla ötən ilə təsadüf edib.
Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında - qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib.
"Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların artması sosial göstərici kimi mühüm əhəmiyyət kəsb edir. Son 5 ildə intervalla həm dövlət büdcəsi, həm də əmək haqqı xərcləri demək olar ki, büdcə xərclərinin ümumi artımına uyğun templə gedib. Büdcədən büdcədənkənar dövlət fondlarına birbaşa ayırma ilə yanaşı, əmək haqqı da bu fondların gəlirlərinə təsir edir. Belə ki, dövlət büdcəsində əmək haqqının rtması büdcədə gəlir vergisi üzrə daxilolmaları artırmaqla bərabər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən Sığorta Fondu, eləcə də İcbari Tibbi Sığorta Fondu kimi sosial xarakterli büdcədənkənar dövlət fonduna ödənilən məbləğin də artımına səbəb olub.
Yəni əmək haqqı artımı sosial rifah göstəricisi olmaqla yanaşı, həm də sosial xarakterli büdcədənkənar dövlət fondlarının əhəmiyyətli gəlir mənbəyidir. 2024-cü ildə bu 3 fonda dövlət büdcəsindən maliyyələşən işçilərin əməkhaqları hesabına 1 milyard 895,2 milyon manat vəsait yönəldilib. Bu isə dövlət fondlarının gəlirlərinin büdcə sektorundakı əməkhaqqı səviyyəsindən asılılığını göstərir. Yəni büdcə sektorunda əmək haqqı üzrə artım sosial fondlara töhfə verir. Əmək haqqı xərcləri sadəcə sosial göstərici deyil, həm də dövlət maliyyəsinin mühüm balanslaşdırıcı komponentidir", - deyə o qeyd edib.
Sədrin sözlərinə görə, 2024-cü ili əhatə edən əksər dövlət proqramlarının hesabat ili üçün proqnoz və icra məbləğləri barədə məlumatlar (qismən) göstərilsə də, nəzərdə tutulmuş tədbirlər üzrə əldə olunmuş nəticələr barədə məlumatlar Hesabatda əks etdirilməyib: "Eyni zamanda, təqdim olunmuş sənəddə 2 dövlət proqramı üzrə xərclər barədə məlumat verilməyib, 3 dövlət proqramı üçün dövlət büdcəsində vəsait nəzərdə tutulsa da, vəsait icra edilməyib. Hesab edirik ki, dövlət proqramlılığı üzrə məlumatlılığın əks olunması və xərclərin proqramlılıq səviyyəsi üzrə dəqiqləşmələr aparılmalıdır".
© "Report"
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 22 d. əvvəl
-
- 29 d. əvvəl
- 58 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
2 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
2 saat əvvəl
"Əminəm ki, biz, həmçinin Azərbaycana çox məhsullar təqdim edə bilərik"
-
12 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaponya iqtisadiyyatı cüzi artıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

























