Trampın mümkün tənəzzüldən danışmasından sonra ABŞ-ın İT sektoru 1 trilyon dollar itirib
Trampın tənəzzüllə bağlı çıxışından sonra ABŞ fond indeksləri aşağı düşüb. ABŞ fond bazarında satışlar prezident Donald Trampın ABŞ-da tənəzzül ehtimalının mümkünlüyünə işarə etməsindən sonra başlayıb. Nəticədə, NASDAQ 100 texnoloji indeksinə daxil olan şirkətlərin ümumi kapitallaşması bir gündə 1 trilyon dollar azalıb.ABŞ fond bazarı bu ilin ən pis gününü yaşayıb. Ən böyük itki texnologiya sektorunda baş verib. NASDAQ 100 indeksinə daxil olan şirkətlərin ümumi bazar kapitallaşması bir gündə 1 trilyon dollar azalıb.
Marja xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ölkədə tənəzzül risklərini istisna etmədikdən sonra ABŞ səhmləri ucuzlaşıb.
Donald Tramp "Fox News"a müsahibəsində, idxal tariflərinin (gömrük rüsumlarının) qüvvəyə minməsi ilə Amerika iqtisadiyyatının "keçid dövründən" keçdiyini söyləyib. "2025-ci ildə ABŞ-da tənəzzülü gözləyirsinizmi" sualına Tramp belə cavab verib: “Mən bu proqnozları verməkdən nifrət edirəm. Bu, keçid dövrüdür, çünki gördüyümüz işlər çox vacibdir. Biz Amerikaya sərvət gətiririk. Bu vacibdir”. O əlavə edib ki, amerikalıların onun siyasətinin nəticələrini görməsi üçün müəyyən vaxt lazım olacaq.
Nasdaq 100 indeksi 3,8% azalaraq 19 425,8 bənd təşkil edib;
Dow Jones indeksi 1,9% azalaraq 41 978,6 bənd təşkil edib;
S&P 500 indeksi 2,8% azalaraq 5610,2 bənd olub.
Tez-tez Wall Street-in "qorxu indeksi" adlandırılan VIX İndeksi (VIX) 3,6 bənd artaraq 27-yə yüksəlib. Reuters-in hesablamalarına görə, bu, dekabrın 18-dən bəri ən yüksək göstəricidir .
S&P 500 səhmləri arasında enişin liderləri elektrik avtomobil istehsalçısı Tesla (-14%) və proqram təminatı istehsalçısı Palantir Technologies-in (-11%) səhmləri olub. Apple səhmləri 5,3%, Microsoft səhmləri 3,5%, NVIDIA səhmləri isə 4,8% dəyər itirib.
Bloomberg yazır ki, ABŞ fond bazarı investorları qorxurlar ki, ABŞ prezidenti Donald Tramp tariflər və hökumətin miqyasını azaltmaq kimi uzunmüddətli hədəflərinə çatmaq üçün iqtisadi və bazar çətinliklərinə dözməyə hazırdır.
Analitiklər qeyd edib ki, potensial geosiyasi qarışıqlığa əlavə olaraq inflyasiya, zəif iqtisadi artım və hazırda ticarət müharibələri ilə daha da şiddətlənən ABŞ-ın potensial tənəzzülü barədə davam edən narahatlıqlar var. Prezident Tramp cari siyasətlərinin iqtisadi artımı ləngitməsi ehtimalını etiraf edib və bu, bazar əhval-ruhiyyəsinə mənfi təsir edir.
ABŞ Prezidenti Donald Trampın Kanada, Meksika və Çin kimi ticarət tərəfdaşlarından idxal olunan mallara tətbiq etdiyi tariflər iqtisadi artımın yavaşlaması və bazarların aşağı düşməsi ilə bağlı narahatlıqları artırdığı üçün Wall Street analitikləri 2025-ci ildə S&P 500 indeksi ilə bağlı optimist proqnozlarını yenidən nəzərdən keçirməyə başlayıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 11 d. əvvəl
-
22 d. əvvəl
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
- 39 d. əvvəl
-
44 d. əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
-
59 d. əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
10 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
Ən çox oxunanlar
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir






.jpg)




.jpg)







