"Veysəloğlu" Şirkətlər Qrupu ərzaq sektorun vergi ödəyiciləri arasında lider mövqeyə sahib oldu
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 2024-cü il üçün ən çox vergi ödəyən 100 şirkətin adını açıqlayıb.
Adları açıqlanan şirkətlər arasında "Veysəloğlu" Şirkətlər Qrupuna aid olan biznes subyektləri "Araz Supermarketlər Şəbəkəsi", "Oba Marketlər Şəbəkəsi" və "Veysəloğlu MMC" yer alır.
Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayan bu şirkətlərin dövlətə ödədiyi vergi məbləğinin ümumi həcmi 75.7 milyon manat təşkil edir.
Siyahıdan göründüyü kimi, "Araz Supermarket" Məhdud Məsuliyyətli Cəmiyyəti 36.7 milyon manat, "Oba Market" Məhdud Məsuliyyətli Cəmiyyəti 23.5 milyon manat, "Veysəloğlu" Məhdud Məsuliyyətli Cəmiyyət isə dövlət büdcəsinə 15.5 milyon manat vergi ödəyib.
Dövlət Vergi Xidməti tərəfindən açıqlanan 100 vergi ödəyicisinin təhlili göstərir ki, "Araz Supermarket" və "Oba Market" pərakəndə sektoruna aid olan vergi ödəyicilərinin arasında müvafiq olaraq birinci və ikinci yerləri bölüşür. Ümumilikdə ərzaq sektoruna aid olan vergi ödəyən şirkətlər arasında isə "Veysəloğlu" Şirkətlər Qrupu birinci yerdə qərarlaşıb.
Açıqlanan göstəricilər təsdiqləyir ki, "Veysəloğlu" Şirkətlər Qrupu həm yerli istehsalçılara dəstək verən, həm də mühüm sayda iş yerləri yaradan şirkət olmaqla yanaşı, iri vergi ödəyicisi kimi ölkə iqtisadiyyatına önəmli töhfə verir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 10 saat əvvəl
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
14 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi


























