"Glensol" şirkəti ilk korporativ istiqrazlarını təqdim edir - ŞƏRTLƏR
İstiqrazların ümumi məbləği 10 milyon AZN təşkil edir və rüblük qaydada faiz ödənilməklə, 12% cəlbedici kupon dərəcəsi təklif edilir. Buraxılış, hər biri 5 milyon AZN olaraq 2 tranşla həyata keçiriləcək, birincisi yanvarın 21-dən başlayaraq 2 həftə davam edəcək"Nobel Energy"nin törəmə şirkəti olan "Global Energy Solutions" (Glensol) ilk korporativ istiqrazların buraxılış prosesinə rəsmi olaraq başlayıb və bu, Azərbaycanın kapital bazarına daxil olması baxımından şirkət üçün mühüm addımdır.
Şirkətin yaydığı məlumata görə, bu, "Glensol" şirkətinin inkişaf planlarını və Azərbaycanın maliyyə sektorunun potensialını göstərir.
İstiqrazların ümumi məbləği 10 milyon AZN təşkil edir və rüblük qaydada faiz ödənilməklə, 12% cəlbedici kupon dərəcəsi təklif edilir. Buraxılış, hər biri 5 milyon AZN olaraq 2 tranşla həyata keçiriləcək, birincisi yanvarın 21-dən başlayaraq 2 həftə davam edəcək. Bu təşəbbüs investorları cəlb etmək və Glensol şirkətinin neft-mədən əməliyyatlarını və avadanlıqlar üzrə texniki xidmət fəaliyyətlərini dəstəkləmək məqsədi daşıyır.
"Glensol" güclü müştəri bazasına malikdir və bu BP və SOCAR kimi böyük milli və beynəlxalq enerji şirkətlərini də əhatə edir. Bu da müxtəlif strateji enerji layihələrindən sabit maliyyələşmənin əldə edilməsini və davamlı nəğd pul vəsaitlərinin hərəkətinin təminatına dəstək olur. Şirkət həm ənənəvi, həm də dayanıqlı enerji layihələrini dəstəkləmək üçün öz imkanlarından və sınaqdan keçmiş bacarıqlarından istifadə etməklə enerji keçidinə sadiq qalır.
"Bu buraxılışdan əldə edilən vəsait enerji sektorunda innovasiya məqsədinə xidmət edən inkişaf fəaliyyətləri də daxil olmaqla, dayanıqlı layihələr üçün istifadə ediləcək. İllik dövriyyəsi 6 milyard AZN təşkil edən Azərbaycanın kapital bazarlarının davamlı olaraq genişləndiyi bir vaxtda Glensol istiqrazlarının buraxılışı məqsədəuyğundur və bununla şirkət "NEQSOL Holding"in enerji seqmenti olan "Nobel Energy Group" daxilində öz mövqeyini də möhkəmləndirir", -məlumatda deyilir.
İnvestorlar "Glensol" şirkətinin güclü təcrübəsinə, eləcə də insanlara və texnologiyaya ağıllı sərmayələr qoyulmaqla, uzunmüddətli strateji inkişaf və dayanıqlılıq öhdəliyinə əsasən, bu sabit və gəlirli investisiya imkanını araşdırmağa təşviq edilirlər. İnvestisiya bazarı aktivdir, bazarda yerləşdirilən qiymətli kağızların ümumi dəyəri 535 milyon manata çatır və bu, "Glensol" şirkətinin təkliflərinin cəlbediciliyini daha da artırır.
İstiqraz və ya investisiya imkanları haqqında ətraflı məlumat əldə etmək üçün PAŞA Kapital şirkətinə [email protected] elektron poçt ünvanı və ya +994 99 830 02 32 telefon nömrəsi ilə müraciət etmək olar.
Glensol haqqında
2012-ci ildə "Nobel Energy"nin mədən əməliyyatları və avadanlıqlara texniki xidmət üzrə törəmə şirkəti kimi yaradılmış "Glensol" regionda və bütün dünyada yerli və beynəlxalq neft və qaz şirkətləri üçün fırlanan avadanlıqların, o cümlədən turbomexanizm xidmətlərinin, eləcə də nəzarət, istismar və texniki servis xidmətlərinin etibarlı təchizatçısı olmuşdur.
Ətraflı məlumat: www.nobelenergy.com
PAŞA Kapital haqqında
PAŞA Kapital bazarda nail olduğu sağlam mövqeyi ilə tanınan və “Ən yaxşı İnvestisiya Şirkəti” və “Ən Yaxşı Broker Firması” kimi bilinən Azərbaycanın aparıcı investisiya şirkətidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
3 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım




























