Azərbaycanın iri bankına illik 7 faizlə 25 milyon dollar lazımdır - ŞƏRTLƏR, HƏRRACIN TARİXİ
Dollarda olan pulunuz ilə illik 7 faiz qazanmaq fürsəti yarandı. Azərbaycanın ən böyük banklarından biri olan “Kapital Bank” illik faiz dərəcəsi 7% olan 25 milyon dollarlıq istiqrazlar buraxır. İstiqrazlara abunə yazılışı 8 yanvar 2025-ci il tarixindən başlayaraq 22 yanvar 2025-ci il tarixinə kimi 15 təqvim günü ərzində keçiriləcəkdir.
29 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin 25 milyon dollarlıq istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. "Kapital Bank” ASC-nin istiqrazları üzrə abunə yazılışı 8 yanvar 2025-ci il tarixindən başlayaraq 22 yanvar 2025-ci il tarixinə kimi 15 təqvim günü ərzində tamamlanacaqdır.
İstiqrazlar üzrə yerləşdirmə 24 yanvar 2025-ci il tarixində baş tutacaqdır.
Tədavül müddəti 7 il olan istiqrazların hər birinin nominal dəyəri 100 ABŞ dolları, sayı 250 min ədəd, illik gəlirlilik faizi 7%, qazancın investorlara (istiqrazları əldə edənlərə) ödənilməsi periodu hər 3 aydan birdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: “Kapital Bank” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2015005153
İstiqrazın növü və forması: Faizli, təmin edilməmiş sənədsiz, adlı
Ticarət üsulu / forması: Kütləvi/ Abunə yazılışı
İstiqrazların sayı: 250 000 ədəd
İlkin ticarət qiyməti: 100 USD
İstiqrazların buraxılış həcmi: 25 000 000 USD
İllik gəlirlilik faizi: 7%
Ödəmə periodu: ildə günlərin sayı 360 (üç yüz altmış) və bir ayda günlərin sayı 30 gün olaraq götürülməklə hər 3 (üç) təqvim ayından bir
Tədavül müddəti: 7 il
Ticarətə buraxılma tarixi: 24.01.2025
Anderrayter: “PAŞA Kapital İ.Ş” QSC
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
16 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
- 1 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
2 saat əvvəl
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
3 saat əvvəl
Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi
-
4 saat əvvəl
“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib
-
4 saat əvvəl
Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
Son Xəbərlər

Xankəndidə yaşayış və qeyri yaşayış sahələrində təmiri işləri aparacaq şirkətlər - MÜQAVİLƏ MƏBLƏĞLƏRİ

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Bank 96 ədəd RAM alır

bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi

“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib

Sentyabrın 19-da gözlənilən hava şəraiti
