İsveçrə brendinin Bakıda ilk hoteli açıldı
İsveçrənin qonaqpərvərliyinin və kulinariya mükəmməlliyinin təcəssümünə çevrilmiş Mövenpick brendi Azərbaycanda şəbəkənin ilk hoteli olan "Mövenpick Hotel Winter Park Baku"nun açılışını elan edir.
Bu barədə Marja.az-a "Accor" şirkətindən bildirilib.
Qeyd edilib ki, yeni hotelin Bakının tam mərkəzində, Qış Parkının yanında əlverişli yerləşməsi qonaqlara paytaxtın biznes və ticarət mərkəzlərinə, eləcə də qədim tarixi ilə məşhur olan Bakının qala divarları arasında yerləşən İçərişəhərə asanlıqla daxil olmaq imkanı verir.
1948-ci ildə qurulan Mövenpick unikal kulinariya təcrübəsinə əsaslanan beynəlxalq premium hotel brendinə çevrilib. Bu gün şəbəkənin 128 hoteli fəaliyyət göstərir.
Dünyanın aparıcı otel şirkəti "Accor" tərəfindən idarə olunan "Mövenpick Hotel Winter Park Baku", hazırda ölkənin paytaxtında 4 mehmanxananı özündə birləşdirən Azərbaycandakı qrupun portfelinə qoşulur.
“Bakı sürətlə inkişaf edən müasir meqapolisdir və orijinal ləzzəti və yeni texnologiyaları harmonik şəkildə birləşdirən turizm mərkəzlərindən biridir. Hər il Azərbaycana beynəlxalq turist və işgüzar səfərlərin sayı, o cümlədən Bakıda Formula 1 Qran Prisi kimi irimiqyaslı tədbirlərin keçirilməsi sayəsində artır. Yeni mehmanxana rahat yerləşməsi və Mövenpick brendinin yüksək xidmət standartları ilə qonaqları sevindirəcək”, - Accor New East Europe-un baş direktoru Aleksis Delaroff deyir.
"Mövenpick Hotel Winter Park Baku" müasir dizaynı, isti qonaqpərvərliyi, sağlamlıq xidmətləri və qastronomik təcrübələri mükəmməl birləşdirərək həm biznes, həm də istirahət səyahətləri üçün ideal məkan yaradır. Oteldə müxtəlif kateqoriyalı 172 nömrə, o cümlədən hər biri özünəməxsus cazibədarlığı olan 6 lüks suite var. Dekorda qəhvəyi rəng çalarları üstünlük təşkil edir və panoramik pəncərələr şəhərin nəfəs kəsən mənzərələrini təqdim edir. Bütün otaqlar təsiredici və funksional dizayna malikdir və rahat qalmaq üçün lazım olan hər şeylə təchiz edilmişdir.
Qeyd edilib ki, "Mövenpick Hotel Winter Park Baku" brendin ənənəsini davam etdirir və hər gün lobbidə ənənəvi Şokolad Saatı təşkil edir, bu saatlarda müxtəlif şokoladlı desertlər möhtəşəm dequstasiya formatında təqdim olunur. Bundan əlavə, Mövenpick Hotel Winter Park Baku qəhvə və dondurma da daxil olmaqla nəfis İsveçrə Mövenpick məhsullarının kolleksiyasını, eləcə də digər unikal hədiyyələr və suvenirlər təklif edir.
Oteldə sauna, masaj otaqları və bərbəri olan müasir sağlamlıq mərkəzi, həmçinin tam təchiz olunmuş fitness zalı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
4 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
5 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək


























