Azərbaycanda qara kürü istehsalı 50%-ə yaxın artıb
2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 617.1 kq nərə balığı kürüsü istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstəricinin həcmi 2023-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 49% və ya 203.1 kq çoxdur. Belə ki, 2023-cü ilin ilk 9 ayı ərzində Azərbaycanda 414 kq nərə balığının kürüsü istehsal edilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 553 min 780 ABŞ dolları dəyərində 480 kq nərə balığının kürüsü ixrac edilib. Bu dövrdə qara kürünün 1 kq-nın orta ixrac qiyməti isə 1961 manat təşkil edib.
Xatırladaq ki, bu ilin 8 ayında Azərbaycana Çindən 1 milyon 89.9 min ABŞ dolları dəyərində 3630 kq qara kürü idxal edilib. Bu məhsulun 1 kq-nın orta idxal qiyməti isə 510 manat təşkil edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
2 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
-
3 saat əvvəl
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
4 saat əvvəl
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AccessBank-da kart əməliyyatları bərpa olundu
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Ən çox oxunanlar
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb
“Ferrum Kapital”ın kredit portfeli 26 faizə yaxın azalıb
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
"Əsas məsələ yalnız böyümə deyil. Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutmasıdır"
























