"42 milyon manat pul adıma götürülüb. Mənə o puldan qara qəpik çatmayıb”
“Şlyapa Zahid” 42 milyon manatlıq yeyinti ilə bağlı: Nəcməddin Sadıkov dedi ki, Fazil Məmmədov kömək edəcək
Müdafiə Nazirliyinin 24 milyon 234 minlik mənimsəmədə ittiham olunan sabiq zabiti Zahid Niftəliyevin (Şlyapa Zahid) növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hakim təqsirləndirilən şəxsə ifadə verməyi təklif edib.
Zahid Niftəliyev bildirib ki, təqaüdə çıxandan sonra Müdafiə Nazirliyində mülki şəxs kimi çalışıb:
"Bir gün Baş Qərargah rəisinin otağındaydım. Mənə dedi ki, şirkət yaradıb müvafiq bir işi həll etmək lazımdır. Baş Qərargah rəisi Vergilər naziri Fazil Məmmədovun bu işdə bizə kömək edəcəyini dedi və məni nazirliyə göndərdi. Mənim təklif etdiyim şirkətə baxdıqdan sonra adıma yeni şirkət açdılar. Mənim ondan sonra şirkətlə əlaqəm qalmadı. Yalnız sənədləri imzaladım”.
Təqsirləndirilən şəxs qeyd edib ki, mərhum nazir Fazil Məmmədov işdən çıxandan sonra xeyli kredit borcu olduğundan xəbər tutub:
“Mənim üstümdən oyun oynayıblar, pulu mənimsəyiblər. 42 milyon manat pul adıma götürülüb. Bilmirəm bu pullar kimə çatıb. Mənə o puldan qara qəpik çatmayıb”.
Suallara cavab verən Zahid Niftəliyev deyib ki, cəmi bir dəfə bu işlə bağlı banka gedib:
“Pulun məbləğindən xəbərim olmayıb, bir dəfə gedib qol çəkmişəm”.
Prosesin qalan hissəsinin qapalı keçirilməsi təklif olunub və vəsatət təmin edilib.
Növbəti proses noyabrın 6-da davam edəcək.
Qeyd edək ki, Z.Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib. Daha sonra o, azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən yenidən həbs edilib.
Gəncə Apellyasiya Məhkəməsi prokurorun Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edərək Z.Niftəliyevi vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilib və o, 8 il 6 ay azadlıqdan məhrum olunub.
Bundan başqa, Zahid Niftəliyev "Atabank ASC"dən götürdüyü 42 milyon manat kredit vəsaiti və dövlət rüsumunun ödənilməsi ilə bağlı çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini qərəzli icra etməyib.
Qeyd edək ki, Z.Niftəliyev Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.
Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.
© “Report”
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün əvvəl
Göygölün avtomobil yolunun əsaslı təmiri üçün pul ayrıldı - SƏRƏNCAM
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyonu keçib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
-
1 gün əvvəl
“PAŞA Holding” Bakıda keçirilən dünya finalının "Platin" sponsoru olub - FOTOLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq
- 1 gün əvvəl
-
1 gün əvvəl
ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı
Son Xəbərlər

OpenAI, LinkedIn-ə rəqib olacaq platforma yaradır

Neft ucuzlaşmaqda davam edir

Qlobal Qida Qiymətləri İndeksi Avqust ayında sabit qalıb

Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq

ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı

Avrozonada iqtisadi artım zəifləyib

"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR

Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib

Tullantı sularını düzgün idarə etməyənlər cərimələnəcək

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
