Unibankdan daha bir yenilik - Müştərilərə Kredit həyat sığortası təklif olunur
(®) Unibank müştərilərinin maliyyə təhlükəsizliyini təmin etmək üçün yeni məhsul təklif edir.
Artıq kredit götürən müştərilər, kreditin ödəmə müddətində özlərini və ailələrini əlavə maliyyə risklərindən qorumaq üçün Kredit Həyat Sığortası əldə edə biləcəklər. Bu yeni məhsul müştərilərin maliyyə təhlükəsizliyini təmin etmək məqsədi ilə hazırlanıb və onların kredit ödənişlərini icra edərkən yaşaya biləcəkləri gözlənilməz hallar zamanı narahatlıqlarını aradan qaldırmağa yönəlib.
Kredit Həyat Sığortası, kredit müddəti boyunca kreditgötürənin vəfat etməsi və ya xəstəlik, bədbəxt hadisə nəticəsində əlilliyinin yaranması hallarında borcun sığorta şirkəti tərəfindən ödənilməsini təmin edəcək.
Qeyd edək ki, Kredit həyat sığortası, kredit məbləğindən asılı olaraq dəyişir və müştəriyə seçim imkanı verirlir. Sığorta haqqı, kredit ödənişləri ilə birlikdə aylıq, rüblük, yarımillik və ya illik olaraq ödənilə bilər. Ödəniş planı kredit müqaviləsi zamanı müştəri ilə razılaşdırılır.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. Bankın məhsul və xidmətləri haqda ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az ) və yaxud Facebook, İnstagram və Twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://www.instagram.com/unibank.az/, https://twitter.com/unibank ) əldə edə bilərsiniz.
Unibank- Sənin Bankın!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
19 d. əvvəl
AniPay mobil tətbiqinin və anipay.az saytının fəaliyyəti dayandırılır
-
-
26 d. əvvəl
Beynəlxalq reytinq agentliyi Taleh Kazımovu və komandasını tərifləyib
- 30 d. əvvəl
-
37 d. əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektoru üzrə reytinqini yaxşılaşdırıb
- 50 d. əvvəl
-
1 saat əvvəl
Reklamda uşağın görüntüsündən valideynlərinin razılığı ilə istifadə edilə biləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft bahalaşmaqda davam edir: Analitiklər 100 dollar ssenarisini qiymətləndirirlər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Komissiya 0 %, zamin tələbi yoxdur - Çox sərfəli kredit kampaniyası başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektoru üzrə reytinqini yaxşılaşdırıb
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
Dövriyyədə olan nağd pul və bank ehtiyatları artıb
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı
Azərbaycan nefti 7 dollara yaxın bahalaşıb






























