İlk 6 ayda Azərbaycana 10 min ədəddən çox hibrid və tam elektrik avtomobil idxal olunub
2024-cü ilin ilk yarısında (yanvar-iyun) Azərbaycana 779 milyon 364 min ABŞ dolları dəyərində 42 min 335 ədəd nəqliyyat vasitəsi idxal olunub.
Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, nəqliyyat vasitələrinin idxalı 2023-cü ilin ilk 6 ayı ilə müqayisədə 2024-cü ilin ilk 6 ayında miqdar ifadəsilə 6 min 18 ədəd və ya 12,4%azalıb, dəyər ifadəsi ilə 26 milyon 60 min dollar və ya 3,5% artıb.
2024-cü ilin ilk 6 ayında Azərbaycana 683 milyon 190 min dollar dəyərində 38 min 8 ədəd minik avvtomobili, o cümlədən 10 min 464 ədəd hibrid və tam elektrik avtomobil idxal olunub. 2023-cü ilin eyni dövründə Azərbaycana 679 milyon 509 min dollar dəyərində 44 min 937 min ədəd minik avtomobili, o cümlədən 8 min 453 ədəd hibrid və tam elektrik avtomobil idxal edilmişdi.
YÜK AVTOMOBİLİ İDXALI ARTIB
Həmçinin, 2024-cü ilin ilk 6 ayında Azərbaycana 4 min 3 ədəd yük avtomobili, 221 ədəd xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitəsi gətirilib. Ötən ilin ilk 6 ayında idxal müvafiq olaraq 3 min 161 ədəd və 198 ədəd olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 d. əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
-
- 43 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
1 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
- 2 saat əvvəl
-
11 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
- 21 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Ən çox oxunanlar
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub





















