GL 2023-cü ildə neft hasilatı artımına nail oldu
Altı yeni quyu qazılıb, daha bir neçə quyunun qazılması planlaşdırılır.GL minimum məcburi iş proqramı çərçivəsində “Buzovna-Maştağa”, “Qala” və “Zirə” neft yataqlarında planlaşdırılan altı yeni quyunun qazma işlərini insidentsiz, ətraf mühitə heç bir zərər vermədən və ən qısa müddət ərzində müvəffəqiyyətlə başa vurub. Eyni zamanda, 2023-cü ildə GL afilə edilmiş şirkəti “Taghiyev Operating Company” tərəfindən istismar edilən cari yataqlarda 15 faizdən artıq hasilat enməsinin qarşısını alaraq ilin əvvəli ilə müqayisədə gündəlik hasilatı 10 faizdən çox artırmağa nail olub.
Bundan əlavə, GL afilə şirkəti “Salyan Oil Limited” tərəfindən istismar edilən “Kürsəngi” və “Qarabağlı” neft yataqlarında 19 il davam edən hasilat enməsini dayandıraraq artıma nail olub. Bu uğurların hamısı böyük məbləğdə kapital investisiya edilmədən, yalnız səmərəli hasilat proqramlarının tətbiqi ilə əldə edilib.
2024-cü ildə GL şirkəti “Kürsəngi” və “Qarabağlı” yataqlarında dərinliyi 4000 metrdən çox olacaq iki yeni quyunun və iki yan lülənin qazılması ilə bağlı tender elan etməyi planlaşdırır. Özünün texniki xüsusiyyətlərinə görə bu quyular Xəzər regionunda mövcud olan bir çox mürəkkəb quyudan geri qalmayacaq. Salyan sahəsində planlaşdırılan bu qazma işləri həmin yataqlarda 13 il davam edən qazma fasiləsini aradan qaldıracaq mühüm mərhələdir.
“Qısa müddət ərzində əldə etdiyimiz nailiyyətlərlə fəxr edirik. Bu, komandamızın mükəmməlliyə və yüksək nəticələr göstərməyə sadiqliyinin təzahürüdür”, - deyə GL-in Baş icraçı direktoru Asif Zeynalov qeyd edib.
GL şirkəti bu mühüm nailiyyətlərin əldə edilməsində göstərdiyi davamlı dəstəyə görə “SOCAR Upstream Management International” MMC-yə öz təşəkkürünü bildirir.
Qeyd edək ki, GL Azərbaycanın ilk özəl yerli enerji şirkətidir. Şirkət Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” olmaqla Azərbaycanda beş yataqda neft-qaz əməliyyatları həyata keçirir. GL-in biznes portfelinə “Salyan Oil Limited”, “Taghiyev Operating Company” əməliyyat şirkətləri və sənaye üzrə çoxsaylı xidmətlər təqdim edən “GL Technical Services” MMC daxildir.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 44 san. əvvəl
-
2 d. əvvəl
İnternet provayderləri üçün kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən edilir
-
-
5 d. əvvəl
Bakı–Tbilisi-Bakı qatarında aktiv bilet satışı dövrü 90 günə çatdırılacaq
- 24 d. əvvəl
-
27 d. əvvəl
Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün “Xəzinə Bələdçisi” hazırlanıb
- 29 d. əvvəl
-
59 d. əvvəl
Dollar bahalaşır, qızıl ucuzlaşır - Qızılın qiyməti 4000 dollara düşdü
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Neft ucuzlaşmaqda davam edir
Bu gün Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
İri bank 2027-ci ilin ortalarına qədər qızılın bir unsiyasının qiymətinin 5100 dollara çatacağını proqnozlaşdırır
"Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb































