İlin sonunadək Azərbaycanın Xorvatiyaya ixrac missiyası təşkil oluna bilər

Biz ənənəvi olaraq Xorvatiya ilə bir neçə ildən bir forumlar keçiririk. Dinamikamız çox müsbətdir. Azərbaycan-Xorvatiya biznes-forumunda Xorvatiyadan 14 şirkət, Azərbaycandan isə 25-dək şirkət iştirak edib. Eyni zamanda, forumda dövlət nümayəndələri də iştirak edib. Düşünürük ki, bu forum ikitərəfli əlaqələrə yaxşı töhfə verəcək.
Bunu açıqlaması zamanı Bakıda keçirilmiş Azərbaycan-Xorvatiya biznes-forumu zamanı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev deyib.
“Bu forumda iştirak edən bəzi Xorvatiya şirkətləri işğaldan azad olunmuş ərazilərdə müəyyən proseslərdə, tenderlərdə iştirak etmək istəyirlər. Hazırda dövlət qurumları və aidiyyəti qurumlarla görüşlər təşkil olunub. Ümid edirik ki, növbəti addım kimi artıq Xorvatiya şirkətlərinin, yəni, Avropa İttifaqı, Avropada fəaliyyət göstərən şirkətlərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində fəaliyyəti genişlənəcək”, - deyə Yusif Abdullayev bildirib.
Eyni zamanda, Azərbaycan məhsullarının Xorvatiyaya ixracı ilə bağlı bəzi danışıqların aparıldığını qeyd edən AZPROMO-nun icraçı direktoru deyib ki, 2021-ci ildə təşkil olunmuş forum çərçivəsində, Xorvatiyadan olan bir neçə məşhur markalarla əldə olunmuş razılığa əsasən Azərbaycana ixrac başlayıb: “Xorvatiya məhsullarının Azərbaycan bazarında genişləndirilməsinin konkret nəticələrini görürük. Ümumiyyətlə forum konkret nəticələrə yönəlib. Biz düşünürük ki, Xorvatiya ilə bir sıra sahələrdə münasibətlərimiz genişlənə bilər. Bilirsiniz ki, Xorvatiya turizm sahəsində potensialı olan bir ölkədir və onlarla ciddi təcrübə mübadiləsi aparılır. Eyni zamanda, Xorvatiya ilə ilin sonunadək ixrac missiyasının təşkili məsələsini Xorvatiya Ticarət Palatası ilə müzakirə edirik. Hər iki tərəf real nəticələr görsə, ilin sonunadək Xorvatiyaya ixrac missiyası təşkil olunacaq. Azərbaycanın Xorvatiya ilə enerji sahəsində əməkdaşlığı var, biz artıq daha çox qidaya fokuslanırıq. AZPROMO olaraq əsas məqsədimiz qeyri-neft-qaz məhsullarının, əsas prioritet isə hər iki ölkədən qida məhsullarının ixracıdır”.
© Azərtac
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 d. əvvəl
-
12 saat əvvəl
Azərbaycanın alüminium nəhəngi maliyyə göstəricilərini açıqladı - mənfəəti 5,7 dəfə artıb
-
-
13 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
13 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
-
13 saat əvvəl
Mahmud Abbas: HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar
- 13 saat əvvəl
-
14 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakı Fond Birjasından "FINCA Azerbaijan"ın istiqrazları ilə bağlı qərar
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Bosch 13 min işçisini ixtisar edəcək

Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ

Unibank Xankəndidə sahibkarlar üçün təqdimat edib

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq
Ən çox oxunanlar

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ
