Bank avtomobili uduşa qoydu - lotereyaya start verildi
Rabitəbank “Rabita Mobile ilə ödə və qazan” lotereyasına start verir(®) Ölkəmizdə nağdsız ödənişlərin və rəqəmsal bankçılığın genişləndirilməsinə daim dəstək olan Rabitəbank bu dəfə “Rabita Mobile ilə ödə və qazan” adlı birtirajlı stimullaşdırıcı lotereyaya start verir.
Belə ki, cari ilin payız ayları boyunca davam edən lotereya müddətində Rabitəbankın Rabita Mobile mobil tətbiqi üzrə ödəniş edən hər vətəndaş avtomatik olaraq lotereya iştirakçısına çevriləcəkdir. Şərtlərə əsasən, Rabita Mobile tətbiq üzərindən istənilən valyutada, istənilən növ ödənişlər, xarici bank kartlarına köçürmə və Zolotaya Korona sistemi ilə pul köçürmə əməliyyatları (ölkədaxili əməliyyatlar istisna olmaq şərtilə) həyata keçirən istifadəçilər iştirak etmək hüququnu qazanırlar. Lotereyada iştirak etmək üçün minimum ödəniş məbləği 10 AZN, köçürmə məbləği minimum 100 AZN olmalıdır.
Ödənişlər aşağıda göstərilən qaydada şans qazandırır:
-Mobil operatorlar, Oyun və Sosial şəbəkə ödənişləri üzrə – 3 şans,
-Kommunal xidmətlər, Telefon şəbəkəsi, TV və İnternet provayderlər, DYP, BNA, Sığorta və Parking ödənişləri üzrə – 2 şans,
-Xarici bank kartlarına köçürmə və Zolotaya Korona sistemi ilə pul köçürmə əməliyyatları (ölkədaxili əməliyyatlar istisna olmaq şərtilə) – 1 şans,
-Kredit (yalnız Rabitəbank kart və hesablarından aparılan əməliyyatlara şamil olunur), Dövlət və Digər ödənişlər üzrə – 1 şans.
Daha çox ödəniş edən iştirakçı daha çox şans qazanmaq imkanını əldə edir.
“Rabita Mobile ilə ödə və qazan” stimullaşdırıcı lotereyanın 1 sentyabr – 30 noyabr tarixində keçiriləcək.
Uduş fondu bankın rəsmi Facebook səhifəsində canlı yayımda oynanılacaq. Qaliblər xüsusi proqram təminatı vasitəsilə təsadüfi seçim əsasında dekabrın əvvəli müəyyənləşəcəklər. Ümumilikdə, lotereyada 55 iştirakçı qalib olacaq. 54 iştirakçıya İphone 14 Pro Max, AirPods Pro, Apple Watch Ultra, Apple MacBook Air, Samusung 5G Galaxy, Samsung Galaxy Watch 5 Pro, Samsung Galaxy Buds 2 Pro, Samsung Smart TV televizoru, PlayStation 5 oyun konsolu, bir nəfər qalibə isə Changan Uni-V 1.5 L Turbo avtomobili hədiyyə veriləcək.
Rabitəbank əməkdaşları lotereyada iştirak etmir. Lotereyanın nəticələri bankın rəsmi saytında yerləşdiriləcək.
Lotereya barədə ətraflı məlumat üçün: https://rbt.az/RM
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 11 d. əvvəl
-
-
14 d. əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
16 d. əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
22 d. əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
1 saat əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Mayın 19-da gözlənilən hava şəraiti
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Ən çox oxunanlar
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb
Baku Electronics-də yaz fürsətləri davam edir!
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər






.jpg)
.jpg)







.jpg)









