Bakı hava limanından rekord
Beynəlxalq uçuşlarda milli aviaşirkətlərinin payı 40% təşkil edib.Bu ilin fevral ayında Azərbaycanın əsas hava limanı - Heydər Əliyev Beynəlxalq Aeroportu 310 mindən çox sərnişinə xidmət göstərərək rekorda imza atıb. Bu rəqəm əvvəlki illərin fevral ayı, o cümlədən pandemiyadan əvvəlki dövr üzrə rekord göstəricidir.
Bu. Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, 2023-cü ilin fevral ayında bu rəqəm 312,883 min nəfər idisə, 2019-cu ilin eyni dövründə bu göstərici 243,165 min nəfərə bərabər olub. 2020, 2021 və 2022-ci illərin fevral aylarında Bakı hava limanının sərnişin axını müvafiq olaraq 270 min, 67 min və 206 min nəfər sərnişini ötüb.
Fevral ayında ölkənin bütün beynəlxalq hava limanlarının sərnişin axını 367 min nəfər təşkil edib, 2023-cü ilin əvvəlindən isə bu göstərici təxminən 790 min nəfərə çatıb.
Qeyd olunan müddət ərzində milli aviadaşıyıcılar AZAL və “Buta Airways” müvafiq olaraq 106 mindən çox və 43 min sərnişin daşıyıb. Beynəlxalq uçuşlarda milli aviaşirkətlərinin payı 40% təşkil edib.
2023-cü ilin fevral ayında Heydər Əliyev Beynəlxalq Aeroportuna 25 xarici aviaşirkət müntəzəm uçuşlar həyata keçirib. Ən çox sərnişin “Turkish Airlines”, “Aeroflot”, “Utair”, “Azimuth” və “WizzAir” aviaşirkətləri ilə daşınıb.
Fevral ayı ərzində Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna İstanbul, Moskva, Dubay, Tbilisi, Əbu-Dabi, Mineralnıye Vodı, Ciddə, Şarja, Ankara və Daşkənd daxil olub. Ümumilikdə bu istiqamətlər üzrə 193 min sərnişinə xidmət göstərilib.
Qeyd edək ki, 2022-ci ilin yekunlarına görə Azərbaycanın beynəlxalq hava limanlarının sərnişin axını 5,3 milyondan çox sərnişin təşkil edib. Bu rəqəm pandemiyadan əvvəlki göstəriciyə yaxındır.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) — sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin gücünə görə Azərbaycanda və regionda ən böyük hava limanıdır.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti







.jpg)






.jpg)






