Milli gəmiçilik şirkətinin istiqrazları yerləşdirildi - 125 İNVESTORDAN 114 MİLYON DOLLARLIQ SİFARİŞ
3 mart 2023-cü il tarixində Bakı Fond Birjasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tədavül müddəti 5 (beş) təqvim ili olan AZ2001019341 dövlət qeydiyyat nömrəli, 100 milyon ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi uğurla başa çatıb.
Birjanın yaydığı məlumatda bildirilir ki, yerləşdirmə üzrə anderrayterdən daxil olan məlumat əsasında abunə yazılışı zamanı 125 investor tərəfindən 126 sifariş təqdim edilmişdir.
İstiqrazın illik faiz dərəcəsi 6%, faiz ödənişləri ildə iki dəfə, 6 aydan bir olmaqla investorlara ödəniləcək.
Abunə yazılışı üzrə sifarişlərin nominal qiymətlə ümumi məbləği 113 milyon 997 min ABŞ dolları təşkil etmişdir. Bölüşdürülmə nəticəsində istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 100 milyon ABŞ dolları təşkil etmişdir.
Yerləşdirmə üzrə baş anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 19 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























