Sentyabrda Caspian Energy Transport Forum və Caspian Energy ICT Forum təşkil olunacaq
"Caspian European Club və Caspian American Club 2017-ci il sentyabrın 20-də Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə Caspian Energy Transport Forum və Caspian Energy ICT Forum keçirəcək”, - deyə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.
Onun sözlərinə görə, forumun açılışında nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin iştirakı gözlənilir.
Telman Əliyev forumun birinci hissəsinin nəqliyyat sektoruna, ikinci hissəsinin isə İKT sahəsinə həsr olunacağını deyib.
Sözügedən forum Caspian European Club və Caspian American Club-un üzvlərinin çoxsaylı xahişləri əsasında baş tutacaq. Bundan əlavə, tədbirdə iştirak etməyi planlaşdıran xarici şirkət nümayəndələri də foruma böyük maraq göstəriblər.
Telman Əliyev forumun təşkilinin əlamətdar hadisə sayılan “Əsrin müqaviləsi”nin imzalandığı tarixə - sentyabrın 20-nə planlaşdırıldığını və neft sektorunun inkişafından qeyri-neft sektorunun, xüsusi nəqliyyat və İKT sahələrinin inkişafına keçidlə assosiasiya olunduğunu vurğulayıb.
Caspian Energy Transport Forum-un əsas mövzusu regionun nəqliyyat infrastrukturunun inkişafı, “Şimal-Cənub” nəqliyyat dəhlizinin perspektivləri və Azərbaycanın bu dəhlizdəki rolu, Ələt qəsəbəsində azad ticarət zonasının yaradılması, Azərbaycanla digər dövlətlər arasında aviamarşrutun açılması, dəmiryol stansiyalarının tikintisi, Xəzər dəniz gəmiçiliyinin inkişafı olacaq. Forumda AZAL, Azərbaycan Dəmir yolları, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və ölkənin digər nəhəng nəqliyyat şirkətlərinin nümayəndələrinin iştirakı gözlənilir.
Caspian Energy İCT Forum çərçivəsində müxtəlif layihələrin həyata keçirilməsinin, həmçinin Azərbaycan şirkətləri tərəfindən ölkəmizin hüdudlarından kənarda uğurla istifadə olunan proqram təminatının istehsalı məsələsinin müzakirəsi planlaşdırılır.
Forumda iştirak etmək üçün bu link vasitəsilə qeydiyyatdan keçin: http://www.caspianenergy.org/index.php/registration/item/123-caspian-energy-ict-forum-caspian-energy-transport-forum-20-09-2017
Telman Əliyev həmçinin qeyd edib ki, tədbirin keçirildiyi ərəfədə Caspian Energy jurnalının nəqliyyat və İKT forumlarına həsr olunmuş xüsusi buraxılışı işıq üzü görəcək.
Caspian Energy, Caspian Energy Forum, Caspian Energy Award, Caspian Energy Club, Caspian European Club, Caspian Business Club, Caspian American Club, Caspian American Forum, CEO, CEO Lunch, Brand Award və digərləri qeydiyyatdan keçmiş ticarət markalarıdır və Caspian Energy International Media Group-a məxsusdurlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























