Dövlət şirkətinin istiqrazlarının ticarətə buraxılması münasibətilə Açılış Zəngi tədbiri keçirilib
3 mart 2023-cü il tarixində Bakı Fond Birjasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) yeni istiqrazlarının ticarətə buraxılması münasibətilə Açılış Zəngi tədbiri keçirilib.
Birjanın yaydığı məlumatda bildirilir ki, Bakı Fond Birjasının rəhbəri Eldar Abdullayev “Açılış Zəngi” mərasimini açıq elan edərək, ASCO-nun birja vasitəsilə həyata keçirdiyi istiqraz buraxılışının ölkəmizdə maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı, vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirib.
ASCO sədri Rauf Vəliyev giriş nitqində bildirib ki, istiqrazlardan əldə edilən gəlir Azərbaycanın hazırda fəaliyyətdə olan ən qədim şirkətlərindən sayılan və hər il fəaliyyətini mənfəətlə başa vuran ASCO-nun inkişafına töhfə verəcək. Buradan daxil olan vəsait şirkətin Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsinə, eləcə də beynəlxalq hövzələrdə yükdaşımalar üçün yeni tipli daha böyük gəmilərin alınmasına yönəldiləcək. ASCO sədri tədavülə buraxılan istiqrazların ölkənin qiymətli kağızlar bazarının canlanmasına təsir göstərəcəyinə, vətəndaşlarımız üçün mənfəətli və etibarlı investisiya imkanları yaradacağına əminliyini də qeyd edib.
"PAŞA Kapital İnvestisiya" Şirkətinin sədri Ceyhun Hacıyev çıxış nitqi zamanı qeyd edib ki, ASCO korporativ istiqrazlarının kapital bazarlarına daxil olması dövlət əhəmiyyətli bir mərhələ hesab olunur. O, bu addımın ASCO-nun timsalında digər dövlət şirkətləri üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb, nəticələrinin digər dövlət şirkətlərini kapital bazarlarına çıxışa daha da həvəsləndirəcəyini bildirib.
Qeyd edək ki, 29 dekabr 2022-ci il tarixində “Bakı Fond Birjası” QSC-nin Listinq Komitəsinin qərarı ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ümumi dəyəri 100 milyon ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir. Hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 100 min ədəd istiqrazlar 5 il dövriyyədə olacaq. Onların illik gəlirliliyi 6 %-dir. Faizlər 6 aydan bir ödəniləcək. Yerləşdirmənin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.
Qeyd olunan istiqrazların abunə yazılışı 29 dekabr tarixindən başlamış və fevralın 28-dək davam etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 19 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















