Pərviz Şahbazovun sədrliyi ilə kollegiya iclası keçirilib
Energetika Nazirliyinin ötən il ərzində müvafiq sahələrdə görülmüş işlər və bu il qarşıda duran vəzifələrin müzakirəsinə həsr edilmiş hibrid formatda kollegiya iclası keçirilib.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə keçirilən iclasda kollegiya üzvləri, nazirliyin struktur bölmələri və tabeli qurumların nümayəndələri iştirak edib.
Energetika sahəsində aparılan islahatların davam etdiyini qeyd edən kollegiya sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən il energetika sahəsində əldə olunan nailiyyətlərdən danışıb. İslahatlar çərçivəsində enerji sahəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin də inkişaf etdirildiyi bildirilib. Bu istiqamətdə xarici dövlətlərlə ikitərəfli münasibətlərin möhkəmləndirilməsində birgə hökumətlərarası komissiyaların rolu vurğulanıb. Eyni zamanda, fəaliyyət istiqamətlərinə uyğun olaraq nazirliyin struktur bölmələri və tabeli qurumlar qarşısında qoyulmuş tapşırıqların vaxtında və keyfiyyətlə icra olunmasının əhəmiyyəti qeyd edilib.
Sonra iclasın gündəliyinə uyğun olaraq, Azərbaycan Respublikasının energetika nazirinin həmsədr olduğu hökumətlərarası komissiyaların fəaliyyətləri haqqında təqdimat dinlənilib. Ötən dövr ərzində keçirilmiş hökumətlərarası komissiyaların iclasları və komissiyalar çərçivəsində görülmüş tədbirlər barədə məlumat verilib, bu ilin birinci yarısında keçirilməsi nəzərdə tutulan iclaslarla bağlı görülən işlər diqqətə çatdırılıb.
Daha sonra 2022-ci il ərzində Energetika Nazirliyində icra intizamının vəziyyəti və vətəndaş müraciətlərinə baxılmasına dair məruzə edilib, inzibati xətalar, icazələrin verilməsi, nazirlikdə və regionlarda vətəndaşların qəbulu və müraciətlərə baxılmanın vəziyyəti, Nazirliyin ötən il üzrə İş Planında nəzərdə tutulmuş tapşırıqların icrası, eləcə də Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarından irəli gələn tapşırıqların icra vəziyyəti nəzərdən keçirilib.
Yekunda kollegiya sədri cari ildə görüləcək tədbirlər, atılacaq addımlar və qarşıda duran vəzifələrin səmərəli icrası üzrə müvafiq tapşırıqlar verib.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 26 d. əvvəl
-
-
35 d. əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 54 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Müasir marketinq: səs-küydən mənaya doğru
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər




















