Cubics ERP sisteminin 5 üstünlüyü
(®️) İstənilən müəssisədə idarəetmə sisteminin mövcüdluğu effektiv idarəçiliyi təmin edən amillərdən biridir.
Bəzi şirkət liderləri müəssisəni bu tip sistemlərin köməkliyi olmadan idarə etməyə çalışırlar və nəticədə iş yükünün düzgün bölüşdürülməməsi səbəbindən iflasa uğrayırlar.
Azərbaycanda biznes idarəetmə sistemləri təqdim edən müəssisələri arasından Cubics Technology şirkətini qeyd etmək olar. Cubics həlləri digərlərindən daha əlverişli olduğu üçün əksər müəssisələr məhz bu biznes idarəetmə sistemlərinə üz tuturlar. Gəlin Cubics həllərinin üstünlüklərinə nəzər yetirək.
1. Ekspert yanaşması

Biznesin avtomatlaşdırılması həm müasir texnologiyanın imkanları, həm də biznes proseslərinin optimallaşdırılmasını özündə birləşdirir. Bu səbəbdən Cubics komandası ilk öncə biznes proseslərini təhlil edir, daha sonra bu proseslər biznes-ekspertləri tərəfindən optimallaşdırılır və nəticədə yazılan texniki tapşırıq əsasında proqram təminatı tərtibat komandasına ötürülür.
2. Biznesə uyğunlaşdırılır

Cubics həlləri Cubics Technology şirkətinin tam özəl məhsulu olduğu üçün çətinliyindən asılı olmayaraq bütün biznes proseslərə rahatlıqla uyğunlaşdırıla bilir.
3. Rahat interfeys

Cubics həllərinin intuitiv interfeysi sayəsində sifarişçi komanda həm bu sistemin öyrənilməsi prosesinə sərf edilən vaxtı minimuma endirir, həm də istənilən əməliyyatları minimum klik ilə həyata keçirir.
4. Təhlükəsizlik və məxfilik

Dünyanın aparıcı şirkətləri kimi Cubics Technology də informasiya təhlükəsizliyi və məxfilik siyasətinə böyük diqqət yetirir. Belə ki, təqdim edilən sistemlər iki faktorlu autentifikasiya ilə təmin edilib. Bundan əlavə, layihə tam şəkildə müştəriyə təhvil verildikdən sonra giriş imkanı yalnız sifarişçi tərəfdə saxlanılır.
5. Yerli dəstək xidməti

Xarici ERP həllləri istifadə edənlər adətən lazımi dəstəyi vaxtında əldə edə bilmirlər. Cubics istifadəçiləri bu problem ilə rastlaşmırlar, çünki onlar günün istənilən vaxtı Cubics dəstək komandasına zəng və ya email vasitəsilə müraciət edə bilirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
2 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
2 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
6 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























