Nissan yeni modelləri ilə bağlı planlarını açıqladı - 27 YENİ MODEL
Nissan 2030-cu ilə qədər 27 yeni model [hibridlər və elektromobillər] təqdim etmək niyyətindədir. Onlardan 19-u tam elektrikli olacaq.Yaponiyanın avtomobil istehsalçısı Nissan Motor Co şirkətinin bazar ertəsi açıqladığı strategiyasına əsasən, 2030-cu ilə qədər 19-u elektrik avtomobili (elektromobil) olmaqla 27 yeni avtomobil modelini, 2024-cü ilə qədər isə xüsusi olaraq Çin bazarı üçün elektrik avtomobil modelini təqdim etmək niyyətindədir.
Marja xəbər verir ki, sənəddə deyilir: "Nissan Ambition 2030-un uzunmüddətli vizyonunu həyata keçirərək tərzimizi təkmilləşdirmək, bütün imkanları araşdırmaq və elektrikləşdirmə strategiyamızı genişləndirmək üçün təşəbbüslər elan etmək niyyətindəyik".
Plana əsasən, 2030-cu il aprelin 1-dən başlayacaq 2030-cu maliyyə ilinə qədər avtomobil istehsalçısı 19-u tam elektromobil olmaqla 27 yeni modeli (hibrid və tam elektrik) təqdim etməyi planlaşdırır. Bundan əlavə, 2024-cü il aprelin 1-dən başlayaraq 2024-cü maliyyə ilində şirkət eksklüziv olaraq Çin bazarı üçün elektrikli avtomobil modelini təqdim etməyi planlaşdırır.
2026-cı ilə qədər avtomobil istehsalçısı elektrik və hibrid avtomobillərin inkişafına 2 trilyon yen (təxminən 14,7 milyard dollar) sərmayə yatırmağı nəzərdə tutur.
Avtomobil istehsalçısı 2026-cı ilə qədər hibridlər də daxil olmaqla elektromobillərin payını Yaponiyada satışlarının 58%-nə, Avropada isə 98%-nə çatdırmağı hədəfləyir. 2030-cu ilə qədər elektromobillərin payı şirkətin qlobal yeni avtomobil satışlarının 55%-nə çatmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)









.jpg)






