"Məhsulları məhv edilən şirkətə dövlət tərəfindən kompensasiya verilməsi nəzərdə tutulmayıb"
Xaricdən idxal olunan qida məhsullarının virus aşkarlandığı təqdirdə kütləvi məhv edilməsi nəticəsində sahibkara dəymiş zərərin kompensasiya edilib-edilməməsi məsələsinə aydınlıq gətirilib.
Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, “Qida təhlükəsizliyi haqqında” Qanuna müvafiq olaraq, Agentlik tərəfindən respublikaya idxal olunan qida məhsulları üzərində sənəd, eynilik və fiziki nəzarət tədbirləri həyata keçirilir.
"Risk qiymətləndirilməsi əsasında həmin məhsulların laborator müayinələri aparılır. Müayinələrin nəticəsinə uyğun olaraq hər hansı uyğunsuzluq (təhlükəli hal) aşkarlanarsa, idxalçıya məhsulun ölkə hüdudlarından kənara çıxarılması üçün 10 gün vaxt verilir. Bu işlər qanuna görə, idxalçı tərəfindən həyata keçirilməlidir. Bu müddətdə qida məhsullarının geri qaytarılması ilə bağlı tələb yerinə yetirilmədikdə, Agentlik tərəfindən təhlükəli qida məhsullarının məhv edilməsi, utilizasiyası, zərərləşdirilməsi haqqında qərar çıxarılır" - deyə qeyd olunub.
Kompensasiya məsələsinə gəldikdə isə bildirilib ki, qanunvericilikdə bu kimi hallarda dövlət tərəfindən kompensasiya verilməsi nəzərdə tutulmayıb.
"Beynəlxalq təcrübədə də belə bir hal yoxdur. Məhsul ölkəyə biznes məqsədləri ilə idxal olunur. Ölkənin qida təhlükəsizliyi sahəsində idxal tələblərinə əməl etmək də həmin sahibkarın başlıca vəzifələrindən biridir. Bu “Qida təhlükəsizliyi haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Baytarlıq haqqında” qanunlarda da öz əksini tapır. Kompensasiya idxalçı şirkətlə ixracatçı şirkət arasında bağlanan müqavilənin predmeti ola bilər. Agentlik olaraq sahibkarlarla görüş zamanı hər zaman bildirilir ki, müqavilələrdə ölkəmizin idxal tələbləri rəhbər tutulmalıdır. Sahibkarlar sualları yarandığı təqdirdə, Agentliyin “1003 – Çağrı Mərkəzi” ilə əlaqə saxlaya bilərlər" - deyə cavabda bildirilib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
APA
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 15 saat sonra
-
-
7 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
8 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 8 saat əvvəl
-
8 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
8 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb























