"AGBank"ın Kreditorlar Komitəsinin iclası baş tutmayıb
Ləğv prosesində olan "AGBank" ASC-nin Kreditorlar Komitəsinin bu gün saat 10:00-a planlaşdırılmış iclası baş tutmayıb.
Bu barədə Komitənin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.
Onun sözlərinə görə, iclasın bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) inzibati binasında keçirilməsi planlaşdırılırdı, lakin Fond digər bankların kreditorlarının və mətbuatın iclasda iştirakına icazə verməyib, buna görə də, iclasına təxirə salınmasına qərar verilib.
"ADIF bağlanmış bankların ləğv prosesi barədə kreditorlara məlumat vermir və bu günki iclasın məqsədi də Fonddan bu barədə hesabat tələb etmək idi. Digər bankların da kreditorları burada idi və onları da içəri buraxmadılar. Buna görə biz düşünürük ki, belə şəraitdə iclas keçirməyək. Böyük ehtimalla yaxın vaxtlarda digər yerdə iclasımızı keçirəcəyik. Düşünürük ki, ləğv prosesində olan bütün bankların kreditorlarlarını toplayıb vahid bir iclas keçirək", - deyə o qeyd edib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Report
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 6 saat sonra
-
27 d. əvvəl
Trampın FED sədri vəzifəsinə namizədi Senat tərəfindən təsdiqlənib - Kevin Uorş dövrü başlayır
-
36 d. əvvəl
Avropa İttifaqından Türkiyə və Ermənistan arasında ticarətin başlamasına dəstək
- 13 saat əvvəl
-
14 saat əvvəl
Avropa bankı Azərbaycan bankına 75 milyon avroyadək zəmanət verməyi planlaşdırır
-
14 saat əvvəl
Banklarda stres-testlərin aparılması üzrə yeni vahid tənzimləmə çərçivəsi qəbul edilib
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Birmarket": Bütün satıcılarımıza dəyən zərər tam şəkildə və operativ olaraq kompensasiya ediləcək
-
15 saat əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Banklarda stres-testlərin aparılması üzrə yeni vahid tənzimləmə çərçivəsi qəbul edilib
Ən çox oxunanlar
SOCAR Özbəkistanda nümayəndəlik açacaq
"Birmarket": Bütün satıcılarımıza dəyən zərər tam şəkildə və operativ olaraq kompensasiya ediləcək
Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB-nin 5 milyon manatlıq istiqrazlarına 3 dəfədən çox məbləğdə sifariş təqdim edilib






.jpg)





.jpg)








