Azərbaycanın milli hava məkanı strategiyasını hazırlanır
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) və “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) Azərbaycanın milli hava məkanı strategiyasının (National Airspace Strategy - NAS) hazırlanması və həyata keçirilməsi üzrə birgə işə başlayıb.
AZAL-ın yaydığı məlumatda bildirilir ki. bununla əlaqədar, Azərbaycanın aeronaviqasiya xidmətləri təminatçısı AZANS və IATA aviasiya sahəsində bütün müvafiq əlaqədar tərəflərlə, o cümlədən dövlət və digər tənzimləyici orqanlarla birgə işləyəcək.
Beləliklə, aviasərnişinlərə bir sıra üstünlüklərin təmin edilməsinə yönəldilmiş bu təşəbbüs çərçivəsində iki təşkilat arasında artıq mövcud olan uzunmüddətli əməkdaşlıq gücləndiriləcəkdir.
Eyni zamanda, birgə fəaliyyət Azərbaycanın milli iqtisadiyyatının inkişafına və aviasiya sektorunun rəqabət qabiliyyətliliyinə dəstək olacaq. Bu əməkdaşlıq hava nəqliyyatının dayanıqlı inkişafının qlobal məqsədlərinə nail olmağa kömək edəcək.
IATA-nın proqnozlarına əsasən, növbəti iyirmi il ərzində Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımalarına tələbatın 80% artacağı gözlənilir. Bununla əlaqədar, hava hərəkətinin həcmi də eyni templə artacaq. Məsələn, artıq bu gün Azərbaycanın hava məkanında tranzit trafikin artımının yüksək dinamikası müşahidə olunur.
Uçuşların təhlükəsizliyinin təmin edilməsi, xərclərin idarə edilməsi, CO2 emissiyalarının və məsrəflərin azaldılması ilə yanaşı hava daşımalarına artan tələbatın ödənilməsi Azərbaycanda hava məkanının strukturunun və hava hərəkətini idarəetmə (HHİ) sisteminin daha da müasirləşdirilməsini tələb edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
26 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 33 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır


















.jpg)




