Əmanətçilər 10 faizlik verginin ödənilməsi üçün VÖEN almalıdırlar? - AÇIQLAMA
"Hökumətin apardığı vergi siyasəti üzrə hansısa güzəştlərin verilməsi Mərkəzi Bankın səlahiyyətində deyil. Təhlillərimiz göstərir ki, bankların fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmasının əhaliyə heç bir təsiri olmayacaqdır".
Marja xəbər verir ki, bunu jurnalistlərə Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, 10 faizlik vergi bankların xərcləri hesabına ödəniləcəkdir. Bunun üçün bankların əmanət faizlərini artıracaqları gözlənilir:
"Çox güman ki, banklar həmin xərcləri öz xərcləri, yəni faiz dərəcələrinin (əmanətlərin - red) artırılması vasitəsilə ödəyəcəklər. Fiziki şəxslərin (əmanətçilərin - red) vergi uçotuna durmaları (VÖEN almaları - red) tələb olunmur, əmanət müqavilələrinin yenilənməsi nəzərdə tutulmur. Buna görə, biz düşünürük ki, hər hansı bir ciddi problemlər olmayacaq".
Taleh Kazımov əlavə edib ki, əmanət üzrə gəlirlərin vergiyə cəlb edilməsi sadəcə bankların marjasına təsir edəcək. Rəqabət yüksək olduğundan bankların artan depozit faizlərinə görə kredit faizlərini artıracaqları da gözlənilmir, ehtimal ki, kredit təşkilatları artan xərclərə görə gəlirlərinin bir hissəsindən imtana etməyi seçəcəklər.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində yerli banklar və xarici bankların Azərbaycan Respublikasında fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilib. Qeyd olunan güzəştin müddətinin 2023-cü il fevralın 1-dən başa çatdığını nəzərə alaraq, həmin tarixdən etibarən bankların fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.
Əlavə edilib ki, banklar tərəfindən fiziki şəxslərin əmanətləri üzrə 1 fevral 2023-cü il tarixədək hesablanmış, lakin əmanətçilərə ödənilməmiş faizlər onların ödənilmə tarixindən asılı olmayaraq gəlir vergisinə cəlb edilməyəcək. Bu baxımdan yerli banklar və xarici bankların Azərbaycan Respublikasında fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin ödəmə mənbəyində gəlir vergisinə cəlb edilməsi yalnız 01.02.2023-cü il tarixindən sonra hesablanmış faizlərə münasibətdə tətbiq ediləcək.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
9 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























