"Bu il dərman bazarına nəzarət gücləndiriləcək"
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu il dərman vasitələrinin satışı bazarına nəzarəti gücləndirəcək.
Bunu jurnalistlərə açıqlamasında Xidmətin rəis müavini Elnur Bağırov deyib.
O, bildirib ki, Azərbaycanda dərman vasitələrinin qiyməti dövlət tərəfindən tənzimlənir:
"Dövlət tənzimləməsi şəraitində əksər hallarda rəqabət olmur və qiymət manipulyasiyası halları azalır. Bizə daxil olan şikayətlərdən görürük ki, istehlakçılar çox halda bioloji fəallığa malik qida əlavələrini dərman kimi qəbul edir və onların qiymətinin fərqli apteklərdə fərqli olmasından şikayət edir. Qeyd edim ki, bu məhsulların qiyməti dövlət tərəfindən tənzimlənmir və onların satışında azad bazar rəqabəti mövcuddur. Dövlət Xidmətinin səlahiyyətlərindən biri də odur ki, Tarif Şurası tərəfindən dərmanların tənzimlənən qiymətlərdən fərqli qiymətə satışlarının olub-olmamasına nəzarət etsin. Əgər belə olarsa, bu birbaşa qanun pozuntusu sayılır və tərəfimizdən müdaxilə edilir".
E.Bağırov əlavə edib ki, bu il Dövlət Xidmətinin fəaliyyət istiqamətlərindən biri də odur ki, dərman vasitələri bazarını araşdıraq və bu sahədə hansısa qanun pozuntusu və ya sui-istifadə halları olduqda qanunvericiliyə uyğun tədbirlər görək: "Bununla əlaqədar artıq təhlillər başlanılıb".
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 14 d. əvvəl
- 28 d. əvvəl
- 47 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Mərkəzi Bank NGFS-yə tamhüquqlu üzv qəbul olunub
Avrozonada inflyasiya 3 faizə yüksəlib
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
Ən çox oxunanlar
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR







.jpg)








.jpg)






