500 manatdan az məbləğdə çəkilmiş təmir xərcləri gəlirdən çıxılacaq
İcarəyə götürülmüş əsas vəsaitlər üzrə 500 manatdan az məbləğdə çəkilmiş təmir xərcləri gəlirdən çıxılacaq
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2023-cü il üçün Vergi Məcəlləsində dəyişikliklərin bəzi əsas istiqamətləri və onların əsaslandırılmasını hissə-hissə ictimaiyyətin diqqətinə təqdim edir. Bu gün icarəyə götürülmüş obyektlərdə təmir xərcləri ilə bağlı edilmiş dəyişikliklərin şərhini Dövlət Vergi Xidmətinin əməkdaşı Azər Mustafayev təqdim edir:
- Vergi Məcəlləsində edilmiş son dəyişikliklərdən biri də icarəyə götürülmüş əsas vəsaitlər üzrə çəkilmiş təmir xərclərinin ilin sonuna kapitallaşdırılmış məbləği 500 manatdan az olduğu təqdirdə, həmin məbləğlərin birbaşa olaraq gəlirdən çıxılan xərclərə aid edilməsi ilə bağlıdır.
Məlum olduğu kimi, 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclərin kapitallaşdırılaraq amortizasiya ayırmaları şəklində gəlirdən çıxılması nəzərdə tutulur. Vergi Məcəlləsinə əsasən, ilin sonuna əsas vəsaitin qalıq dəyəri 500 manatdan az olduqda, qalıq dəyərinin məbləği birbaşa gəlirdən çıxılır.
Qeyd edilən hal nəzərə alınaraq, əsas vəsaitlərlə bağlı analoji yanaşmanın təmir xərclərinə də aid edilməsi qərara alınıb. Belə ki, dəyişikliklərə əsasən, icarəyə götürülmüş əsas vəsaitlər üzrə ilin sonuna kapitallaşdırılmış təmir xərcinin məbləği 500 manatdan az olduqda, həmin məbləğ birbaşa olaraq gəlirdən çıxılan xərclərə aid ediləcək.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
8 d. əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
- 14 d. əvvəl
-
-
18 d. əvvəl
Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
- 20 d. əvvəl
-
24 d. əvvəl
Bu gün Bakıda dəyəri 5,5 milyard dollarından çox olan sazişlər imzalanıb
-
32 d. əvvəl
Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu
-
35 d. əvvəl
Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"
-
48 d. əvvəl
Azərbaycanın iqtisadiyyat naziri “Trendyol Group”un prezidenti ilə görüşüb
-
1 saat əvvəl
"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - uçotada olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq

Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu

"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"
Ən çox oxunanlar

Porsche-nin səhmləri 8% ucuzlaşdı

Amerikalı milyarder BYD-dəki bütün paylarını satıb

"Ödənişli hərəkət zonalarında məqsəd şəxsi avtomobillərin şəhər mərkəzinə həddindən artıq daxil olmasının qarşısını almaqdır"

"AYNA-nın əlində daşıyıcıları tənbeh eləmək mexanizmi yoxdur, ancaq "brutto müqavilə" bu boşluğu dolduracaq"

Avtobus parkının yenilənməsi üçün dövlət dəstəyi – kreditlərə subsidiya və zəmanət təmin olunacaq

Sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb
