AccessBankın vəziyyəti açıqlandı - 15 MİLYON MANAT XALİS MƏNFƏƏT
"AccessBank"ın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 14 dəfəyə yaxın artaraq 15 milyon 37 min manat təşkil edib. Bank 2021-ci ili 1 milyon 106 min manat xalis mənfəət ilə başa vurmuşdu.Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, AccessBank, 2022 ərzində də bütün əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirib, biznesin maliyyələşdirilməsində liderlik mövqeyini qoruyub. AccessBank 2022-ci il ərzində əməliyyat gəlirlərində kəskin artıma nail olub.
-Bankın aktivləri rüb ərzində 11.1%, ilin əvvəlindən isə 25.4% artıb. Hazırda 1.2 milyard manat təşkil edir.
-Kredit portfeli rüb ərzində 6.3%, ilin əvvəlindən isə 28.6% artıb. Hazırda 813.5 milyon manat təşkil edir.
-Kredit portfelinin 78%-ni biznesə ayrılmış kreditlər təşkil edir. İl ərzində biznes portfeli 17.5% və ya 95 milyon manat artıb. İl ərzində verilmiş biznes kreditlərinin 57%-i regionların payına düşür.
-Depozit portfeli rüb ərzində 7.2%, ilin əvvəlindən isə 24.7% artıb. Hazırda 860 milyon manat təşkil edir.
-Əhalinin müddətli əmanətləri rüb ərzində 7.7%, ilin əvvəlindən isə 29% artıb. Hazırda 597 milyon manat təşkil edir.
-Faiz gəlirləri 2021-ci il ilə müqayisədə 39% artaraq 140 milyon manatı ötüb. Xalis faiz gəlirləri isə 2021-ci il ilə müqayisədə 52% artaraq 82 milyon manata yüksəlib.
-Qeyri-faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% artaraq 13 milyon manatı ötüb.
-Xalis əməliyyat mənfəəti dəfələrlə artaraq 23 milyon manata çatıb. Təkcə 4-cü rüb ərzində bankın xalis əməliyyat mənfəəti cari ilin 3-cü rübü ilə müqayisədə 75% artıb.
-Bankın 2022-ci il üzrə yekun xalis mənfəəti də 2021-ci ilin nəticəsi ilə müqayisədə dəfələrlə artaraq 15 milyon manata çatıb. 4-cü rüb ərzində bankın xalis mənfəəti cari ilin 3-ci rübü ilə müqayisədə 3 dəfəyə qədər artıb.
-Bankın məcmu kapitalı son 1 il ərzində 27% və ya 21.5 milyon manat artaraq 101 milyon manatı ötüb. Bu da AMB-ın tələb etdiyi minimum normadan 2 dəfə artıqdır. Artım həm səhmdarların əlavə kapital inyeksiyası, həm də bankın qazandığı mənfəət hesabına mümkün olmuşdur. Belə ki, 2022-ci ilin noyabr ayında Bank mövcud səhmdarlarının yeni investisiyası hesabına kapital bazasını 11.4 milyon manat artırıb.
-Bankın likvidlik əmsalı 64.1% təşkil edir ki, bu AMB-ın tələb etdiyi minimum normadan (30%) 2 dəfə yüksəkdir.
AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bankın illik göstəricilərini şərh edib:”Komandamız 2022-ci ildə də biznes və pərakəndə müştərilərimizi dəstəkləməyə davam etdi. Onların fədakarlığı Bankın 2022-ci ilin 12 ayı ərzində 15 milyon manat mənfəət əldə etməsinə, həmçinin kredit portfelimizin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. 2022-ci ildə AccessBank-ın aktivləri 1 milyard manat həddini keçərək daha da böyüdü. Əminik ki, bu il AccessBank-ı təkmilləşdirəcək, yüksək nəticələri davamlı olaraq göstərəcək və gələcək illərdə də Azərbaycanda mikro və kiçik biznesi dəstəkləməyə davam edəcəyik”.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 1 saat sonra
-
-
1 saat əvvəl
FAB boya ixrac xəritəsini genişləndirir: növbəti hədəf- Şimali Afrika və Yaxşı Şərq bazarı
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
15 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
16 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
16 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Avrozonada 2023-cü ildən bəri ilk dəfə faiz artırılıb
Ən çox oxunanlar
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















