Nazirlik tərəfindən mənzillərin onlayn qaydada satışına başlandı
Mənzillər çıxarışlı və tam təmirlidir, istifadə olunmayıb və onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.Bu gün saat 10:00-dan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarında olan mənzillərin ms.sosial.gov.az portalı üzərindən onlayn satışına başlanıb. Bakı və Abşerondakı mənzillərin 1 kvadrat metrinin qiyməti 700-800 manat civarındadır, Samux rayonundakı məzillərin 1 kavadrat metrinin qiyməti isə 435 manatdan başlayır.
Nazirlikdən Marja.az-ya daxil olmuş məlumatda bildirilir ki, bu portal artıq bir müddət əvvəl vətəndaşların istifadəsinə verilib və qeyd olunan mənzillərdən almaq istəyən şəxslərə portala daxil olaraq mənzillərlə tanış olmaq və mənzil seçmək imkanı yaradılıb.
Həmçinin bir neçə gün əvvəl yayımlanmış videotəlimatda (https://www.youtube.com/watch?v=FdY-CV9RwIw) portaldan istifadə etməklə mənzilin onlayn qaydada alınması və satışı qaydası barədə ətraflı məlumat verilir.
Portalda almaq istədiyi mənzili seçən hər kəs onu portaldakı “Bron et” düyməsini sıxaraq bron etməklə ala bilər. (Mənzilləri bron etmək istəyən şəxs bunun üçün ASAN Loginin autentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMA rəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektron imza) birinə malik olmalıdır).
Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaq hüququ qazanır, ondan əlavə 2 şəxsin də həmin mənzili bron etmək imkanı var. Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaqdan imtina etdiyi halda, mənzili almaq hüququ onu bron etmiş digər şəxsə keçir.
Mənzili bron etmiş şəxslə Nazirlik arasında 10 gün müddətində dəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanacaq.
Mənzillər tam təmirlidir, istifadə olunmayıb və çıxarışlıdır, onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.
Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyi sayda mənzil ala bilər.
Mənzillərin qiyməti müstəqil qiymətləndirici tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilib.
Mənzillərin portal üzərindən satışı 01.07.2023-cü il tarixinədək davam edəcək.
Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək.
Əlavə məlumat əldə etmək üçün 142-Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.
Mənzillərdən almaq istəyən şəxslər portala buradan daxil ola bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 16 d. əvvəl
-
-
30 d. əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
36 d. əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
-
2 saat əvvəl
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
Mərkəzi Bank Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

























