İki nəfərin öldüyü istirahət mərkəzi kimindir?
Xəbər verdiyimiz kimi, İsmayıllıda yerləşən “Green House” istirahət mərkəzində faciə baş verib.
Sözügedən məkanın hovuzunda 4 nəfəri elektrik cərəyanı vurub.
Nəticədə Bakı şəhər Binəqədi rayon sakini, 1984-cü il təvəllüdlü Emin Zakir oğlu Adıgözəlov , Abşeron rayonu Xırdalan qəsəbə sakini, 1979-cu il təvəllüdlü Gülhüseyn Xaliqverdi oğlu Quliyev dünyasını dəyişib. Zaqatala rayon sakini 1981-ci il təvəllüdlü Eltəkin Məhəddin oğlu Ömərov və Bakı şəhəri Nizami rayon sakini, 1986-cı il təvəllüdlü Zakir Mahir oğlu Əliyev isə xəstəxanaya çatdırılıb.
Xəstəxanada müalicə olunan şəxslərin vəziyyəti yaxşıdır. Bunu açıqlamasında İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov deyib. Qurum rəsmisinin sözlərinə görə, xəsarət alan şəxslər digər iki nəfəri xilas etmək üçün hovuza tullanıb:
“Hələ ki, istintaq davam edir. Yalnız ondan sonra hadisənin hansı səbəbdən baş verdiyi aydınlaşacaq. İki nəfər hovuzda çimirmiş, digər iki şəxs də onları xilas etmək istəyərkən zərər çəkib. “Green House” 15 ilə yaxındır ki, fəaliyyət göstərir. İstirahət mərkəzinin rəhbərliyi haqqında isə məlumatım yoxdur”.
“Marja”nın araşdırması nəticəsində məlum oldu ki, “Green House” istirahət mərkəzi “Nyu Sfera-Turizm” MMC-yə məxsusdur. “Nyu Sfera-Turizm” şirkəti “Nyu Sfera” şirkətlər qrupuna daxildir. Şirkətlər qrupunun prezidenti İman Quliyevdir. El arasında “Qozbel İman” kimi tanınan biznesmen, eyni zamanda “Xalqlar Dostluğu” yarmarkasının sahibidir.
© Yenicag, Marja
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 30 d. əvvəl
-
40 d. əvvəl
Bu ilin 1-ci rübündə 925 mln. kVt·st “yaşıl enerji “istehsal edilib
-
- 45 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə minib
Trampın İranda müharibənin “yaxın zamanda başa çatacağını” deməsindən və İsrail–Livan atəşkəsindən sonra neft ucuzlaşır
Rəsmi məzənnələr açıqlandı
Netflix səhmləri 9% ucuzlaşıb
Ən çox oxunanlar
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb





.jpg)










.jpg)








