Mağazası olan iri arı təsərrüfatı - 700-dən artıq arı ailəsi bəslənilir

Nurəddin Saleh oğlu Saruxanov respublikamızda ən uğurlu arıçılardan biridir. Rəhbərlik etdiyi fermer təsərrüfatında hazırda 700-dən artıq arı ailəsi bəslənilir. Etiraf edək ki, bu, kifayət qədər böyük rəqəmdir.
Nurəddini bu sahədə çalışan başqa fermerlərdən fərqləndirən cəhət onun təkcə kifayət qədər böyük arıçılıq təsərrüfatına sahib olması deyil. O, çox səriştəli seleksionerdir. Nurəddin başçılıq etdiyi təsərrüfatda ən yaxşı ana arıların yetişdirilməsi üçün əlindən gələni edir və bu sahədə həm də müsbət nəticələrə nail olub.
Nurəddin çox çalışır ki, ata-babalarımızın qərinələr, yüzillər boyu becərdikləri yerli şəraitə uyğunlaşdırılmış, xəstəliyə dözümlü arı sortları, xüsusilə, “Boz Qafqaz arı”ları itib-batmasın. Təəssüf ki, belə bir təhlükə var. Belə ki, yerli arı növləri tələf olduğundan ölkəmizə bir çox xarici ölkələrdən arı növləri gətirilib ki, onlar həm məhsuldarlığına, həm də keyfiyyətinə görə bizim arıların yerini verə bilmir.
Nurəddin bu yaxınlarda qardaş Türkiyənin Muğla bölgəsinin Marmaris şəhərində keçirilən arıçıların beynəlxalq konqresində iştirak edib. Türkiyə arıçılıq sahəsində böyük uğurlar qazanmış ölkədir. Təkcə onu demək kifayətdir ki, bal və bal məhsullarının istehsalı və satışına görə, qardaş ölkə Çindən sonra dünyada ikinci yeri tutur.
Yeri gəlmişkən, dövlətimizin başçısının 3 oktyabr 2022-ci il tarixli sərəncamı ilə Nurəddin Saruxanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub. Qusarlı arıçı cənab Prezidentin onun əməyinə verdiyi yüksək dəyərə görə özünü çox xoşbəxt hesab etdiyini söylədi.
Arıçı Nurəddinin indi Aliyə və Aişə adlı iki qızı, ulu babasının adını daşıyan Saruxan adlı oğlu var. O, çox ümid edir ki, oğlu bu sənəti davam etdirəcək. Qusar şəhərində bu ailəyə mənsub olan “Arıçı” mağazası fəaliyyət göstərir. Burada həm bal, həm də arıçılıq avadanlıqları satılır. Bu avadanlıqların çoxunu isə atası hazırlayır.
Yeri gəlmişkən, Saleh kişinin arıçılığın inkişafı ilə bağlı bir çox maraqlı təklifləri var. O çox arzulayır ki, orta məktəblərin biologiya kitablarında arılar və onların növləri haqqında məlumat verilsin. Başqa bir arzusu isə odur ki, ən azı texnikum və kolleclərdə arıçılıq üzrə mütəxəssislər yetişdirilsin.
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
16 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
