Samsung-un əməliyyat mənfəəti dördüncü rübdə 69% azalıb
Oktyabrdan dekabr ayına qədər olan dövr üçün mənfəət 3,4 milyard dollar təşkil edib.Cənubi Koreyanın “Samsung Electronics” korporasiyası 2022-ci ilin dördüncü rübündə (oktyabr-noyabr) əməliyyat mənfəətinin çiplərə və smartfonlara tələbatın az olması səbəbindən 2021-ci ilin eyni dövrü ilə müqayisədə 69% azaldığını bildirib.
Marja xəbər verir ki, müvafiq ilkin məlumat cümə günü şirkətin saytında dərc edilib.
Oktyabrdan dekabr ayına qədər olan dövrdə əməliyyat mənfəəti 4,3 trilyon von (3,4 milyard dollar) təşkil edib. Bir il əvvəl bu rəqəm 13,8 trilyon von (10,8 milyard dollar) idi. Şirkət 2022-ci ilin üçüncü rübündə 10,8 trilyon von (8,5 milyard dollar) əməliyyat mənfəəti əldə etmişdi.
Yonhap-ın məlumatına görə, şirkətin əməliyyat mənfəəti 2014-cü ildən bəri ilk dəfə rüblük olaraq 5 trilyon vondan (3,9 milyard dollar) azdır. Bütün il üçün əməliyyat gəlirinin 16% azalaraq 43 trilyon von (33,8 milyard dollar) olacağı proqnozlaşdırılır.
Dördüncü rübdə satışlar 2021-ci ilin eyni dövrü ilə müqayisədə 8,5% azalaraq 70 trilyon von (55 milyard dollar) təşkil edib.
Bütün 2022-ci ildə korporasiyanın satışlarının 7,9% artaraq rekord 301,7 trilyon vona (237 milyard dollar) çatacağı gözlənilir. Daha ətraflı maliyyə məlumatları yanvarın 31-də açıqlanacaq.
“Xarici biznes şəraiti ilə bağlı davam edən qeyri-müəyyənlik fonunda çip satışı müştərilərin - server operatorlarının, məlumat mərkəzlərinin, mobil telefon istehsalçılarının aşağı tələbi səbəbindən azalıb”, - deyə şirkət bildirib.
“Samsung Electronics” qeyd edib ki, ötən ilin dördüncü rübündə tələbin azalması gözlənildiyindən də əhəmiyyətli olub. Bu da öz növbəsində yaddaş çiplərinin qiymətinin daha çox ucuzlaşmasına səbəb olub. Bundan başqa, Cənubi Koreya korporasiyasının məlumatına görə, “makroiqtisadi problemlər” səbəbindən smartfon və məişət texnikasının satışı azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
5 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
6 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq

























