2040-cı ilə qədər neftə yüksək tələbat olacağı proqnozlaşdırılır
Qlobal miqyasda plastik istifadəsinin, gəmiçilik və aviasiyada yanacağın istehlakının artması səbəbindən dünyada neftə tələbat ən azı 2040-cı ilə qədər yüksək olacaq.
Marja xəbər verir ki, ekspertlərə görə, neftə qlobal tələbat 2040-cı ilə qədər, inkişaf etməkdə olan ölkələrdə isə yüksək iqtisadi artım və alternativ texnologiyaların tətbiqinin nisbətən aşağı səviyyədə olması ilə əlaqədar olaraq 2050-ci ilə qədər yüksək səviyyədə qalacaq.
Ekspertlərə görə, aviasiya və su nəqliyyatında motorlaşmanın artması neft yanacağının istehlakının artmasına səbəb olur. Avtomobil sektorunda elektrikləşdirmə tendensiyası sürətlənib və bunun 2030-cu ildən sonra neftə tələbatın azalması baxımından əhəmiyyətli təsiri olacağı gözlənilir. Su və hava nəqliyyatında buna geniş miqyaslı hazırlıq və alternativ texnologiyalar yoxdur.
İkinci amil, istehsalı əsasən neft emalına əsaslanan dünyada plastik istehlakının gözlənilən artımıdır. Mövcud proqnozlar yaxın 20-30 il ərzində neft-kimya sənayesində neftə tələbatın artması üçün böyük potensialın olduğunu göstərir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
5 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























