“Bakavtoservis”in 30.03%-lik səhm paketi alıcılara təklif olunur
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 10 yanvar tarixində keçiriləcək növbəti hərraca investorları cəlb edə biləcək çoxçeşidli əmlaklar çıxarılacaq.
Xidmətin yaydığı məlumatda bildirilir ki, özəlləşməyə çıxarılan 80 əmlakdan 5-i səhmdar cəmiyyətinin səhm paketi, 11-i kiçik dövlət müəssisəsi və obyekti, 64-ü isə nəqliyyat vasitəsidir.
Hərracda iştirak edəcək şəxslər sənaye, təmir sahələri üzrə səhmdar cəmiyyətlərin səhmlərini özəlləşdirə bilərlər. Belə müəssisələrə “Bakavtoservis”, “Goranboy Aqrotexservis” və digər səhmdar cəmiyyətləri aiddir.
Səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 20.734 manatla 1.299.800 manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmləri özəlləşdirməyə çıxarılan və ilkin start qiyməti ən çox olan müəssisə “Bakavtoservis” Açıq Səhmdar Cəmiyyətidir. Bu səhmdar cəmiyyətin 30.03%-lik səhm paketi alıcılara təklif olunur.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Digər üstün cəhət isə əksəriyyətinin torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılmasıdır.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya, Cənubi Koreya, Almaniya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1992-2014-cü illəri əhatə edir.
Hərraca çıxarılan dövlət əmlaklarının tam siyahısı: ( https://bit.ly/3mmNVpB )
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






















