Dünya Bankı: Pilot layihələrin icrası Azərbaycanda icbari tibbi sığortanın tətbiqini təkmilləşdirəcək

Yevlax və Mingəçevirdə pilot layihələrin icrası Azərbaycanda icbari tibbi sığortanın tətbiqi prosesini təkmilləşdirəcək.
Bunu bu gün Dünya Bankının (DB) Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Navid Naqvi icbari tibbi sığortanın tətbiqi ilə tanış olmaq məqsədilə pilot ərazilərdəki tibb müəssisələrində - Yevlax rayon Mərkəzi Xəstəxanasında, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında və Yevlax rayonu Xaldan Ailə Sağlamlıq Mərkəzində olarkən deyib.
DB nümayəndələrinə pilot tibb müəssisələrində görülən işlər haqqında geniş məlumat verilib.
Bildirilib ki, Yevlax rayonunda və Mingəçevir şəhərində Ailə Sağlamlıq Mərkəzləri yaradılıb. Mərkəzi Xəstəxanaların nəzdində xəstələri operativ və keyfiyyətli tibbi xidmətlə təmin etmək məqsədilə qabaqcıl ölkələrdə təcili və təxirəsalınmaz tibbi yardımın təşkilində geniş istifadə olunan “çeşidləmə” (“triaj”) sistemi qurulub. Nümayəndələr 24 saat ərzində xidmət göstərən laboratoriyaların təkmilləşdirilmiş fəaliyyət prosesi ilə tanış olublar. Laboratoriyalarda quraşdırılan müasir tibbi avadanlıqlar qanın nəinki ümumi və biokimyəvi, artıq hormonal analizlərini də həyata keçirməyə imkan verir.
DB-nin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri N.Naqvi icbari tibbi sığorta sisteminin səhiyyə xidmətlərinin əlçatanlığının və keyfiyyətinin təmin edilməsinin əsas elementi olduğunu və onun bütün Azərbaycan vətəndaşları üçün vacib olmasını diqqətə çatdırıb. O bildirib ki, DB səhiyyə sisteminin müxtəlif maliyyələşdirmə imkanlarının tədqiq olunmasında Agentliklə sıx əməkdaşlıq edib və bu əməkdaşlığı davam etdirməyi planlaşdırır. N.Naqvi Yevlax və Mingəçevirdə pilot layihələrin icrasının Azərbaycanda icbari tibbi sığortanın tətbiqi prosesinin təkmilləşməsinə və onun daha geniş miqyasda tətbiq olunmasına təkan verəcəyinə umidvar olduğunu qeyd edib.
DB Azərbaycan və digər postsovet ölkələri ilə səhiyyə sistemlərinin yenidənqurulması məqsədilə sıx əməkdaşlıq edib. Bu ölkələrdə səhiyyə xidmətlərinin təkmilləşdirilməsi, bazar iqtisadiyyatına uyğunlaşdırılmış səhiyyə iqtisadiyyatının əsasının qoyulmasında və tibbi xidmətlərin keyfiyyətinə nəzarət sistemlərinin qurulmasında yardımçı olub. Eyni zamanda, DB bir çox ölkələrdə İTS sisteminin qurulması üçün texniki dəstək göstərir.
Agentliyin direktoru Zaur Əliyev bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyət planının hazırlanmasına dəstək məqsədilə DB Azərbaycana ekspertlər dəvət edib. Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi zamanı beynəlxalq təcrübənin öyrənilməsi üçün gələcəkdə də DB ilə sıx əməkdaşlıq edilməsi nəzərdə tutulub.
©Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
9 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 18 saat əvvəl
-
22 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
