FED faiz qərarını açıqladı
FED "əyləcə basır". ABŞ Mərkəzi Bankı faizilərini 50 baza bəndi artırdı. Beləliklə, FED 75 baza bəndlik faiz artırılması seriyasından sonra sərtləşdirmə tempini yavaşlatdı.ABŞ Federal Ehtiyat Sistemi (ABŞ Mərkəzi Bankı, FED) 2022-ci ildə sonuncu faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, gözlənildiyi kimi FED faizini 50 baza bəndi də artıraraq 4,25% - 4,50 % aralığına çatdırıb. Bazarlarda da FED-in faizlərini 50 baza bəndi artıracağı proqnozlaşdırılırdı.
Bundan əvvəl FED faizini ardıcıl 4 dəfə 75 baza bəndi artırmaqla 3,75% - 4,00 % aralığına yüksəltmişdi.
FED-in bu gün də faiz artırması ilə faizi 2007-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb.
Saat 23:30-da isə FED sədri Jerome Powell-in mətbuat konfransı başlayacaq. Bazarlar FED-in gələcək monetar siyasətinə dair siqnallar, eləcə də iqtisadiyyatdakı vəziyyətin qiymətləndirilməsini gözləyəcək.
İnflyasiyanın aşağıya doğru meylinin daha aydın görünməsi ilə, FED daha yavaş faiz artırmağa keçir. ABŞ-da istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2022-ci ilin noyabr ayında 2021-ci ilin noyabr ayı ilə müqayisədə 7,1% artıb. Bir ay əvvəl bu rəqəm 7,7% idi. Proqnoz isə 7,3% təşkil edirdi. Beləliklə, noyabrda ABŞ-da illik inflyasiya gözlənildiyindən daha çox yavaşlayıb. Çünki enerji qiymətlərinin düşməsi artan ərzaq qiymətlərini kompensasiya etdi. Aylıq inflyasiya da gözləniləndən az olub və oktyabrdakı 0,4%-ə qarşı noyabrda 0,1% təşkil edib.
İnvestorlar üçün ölkədə istehlak qiymətlərinin artım tempi FED-in gələcək fəaliyyəti ilə bağlı əsas müəyyənedici amillərdən biridir.
Faiz qərarı yekdilliklə qəbul edilib.
Qərarın mətnində FED, daha əvvəl istifadə etdiyi ifadələri saxlayıb: "Faiz artımlarının davam etməsi və pul siyasətinin zamanla inflyasiyanı aşağı salmaq üçün kifayət qədər məhdudlaşdırıcı bir mövqedə qalması məqsədəuyğun olar".
FED uçot dərəcəsinin daha da artırılmasının məqsədəuyğun olacağını qeyd edir. Mərkəzi Bank hələ də uzunmüddətli perspektivdə iqtisadiyyatda maksimum məşğulluğa və 2% inflyasiyaya nail olacağını gözləyir.
"Pul siyasətində uyğun mövqe seçərkən, komitə daxil olan məlumatların iqtisadi perspektivə təsirini izləməyə davam edəcək. Komitənin məqsədləri üçün risklər yaranarsa, komitə pul siyasətini müvafiq qaydada uyğunlaşdırmağa hazır olacaq", - tənzimləyici bildirib.
Faiz qərarı ilə yanaşı, FED rəsmilərinin proqnozları da dərc edilib. FED rəsmiləri faizin gələn ilin sonunda 5,1% olacağını proqnozlaşdırırlar. 2024-cü il üçün gözlənti əvvəlki gözləntilərlə müqayisədə artırılaraq 4,1 olaraq təyin olunub.
FED-in gələcək iqtisadi proqnozları da ictimaiyyətin diqqətinə çatdırılıb.
ABŞ-ın iqtisadi artım proqnozu 2022-ci il üçün 0,2%-dən 0,5%-ə qaldırılıb. 2023-cü il üçün gözlənti isə aşağıya doğru yenidən nəzərdən keçirilib.2023-cü il üçün iqtisadi artım proqnozu 1,2 faizdən 0,5 faizə endirilib.
2022-ci il üçün PCE inflyasiya proqnozu 5,4 faizdən 5,6 faizə; 2023-cü il üçün 2,8 faizdən 3,1 faizə yüksəldilib.
Sentyabrda 2022-ci il üçün işsizlik gözləntisini 3,8 faiz olaraq təyin edən rəsmilər, dekabr ayı proqnozlarında işsizliyin 2022-ci ildə 3,7 faiz olacağını proqnozlaşdırırlar. 2023-cü ildə işsizlik gözləntisi 4,4 faizdən 4,6 faizə yüksəldilib.
ABŞ Federal Ehtiyat Sisteminin növbəti iclası 31 yanvar - 1 fevral 2023-cü il tarixlərində keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
-
3 saat əvvəl
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
-
-
6 saat əvvəl
“Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir“
- 6 saat əvvəl
-
8 saat əvvəl
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
-
1 gün əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
1 gün əvvəl
Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Xırdalanda qurulan VİDAL Özəl Sənaye Məhəlləsi diqqət çəkir
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Ən çox oxunanlar
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Xalq Bank ağacəkmə askiyasında iştirak etdi
AZAL Naxçıvan biletlərini öncədən əldə etməyi tövsiyə edir















.jpg)








