37 yaşlı gəmi 70 min manata özəlləşdirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dekabrın 13-də keçirilən hərracda gəmi, nəqliyyat vasitəsi, avadanlıq olmaqla 27 dövlət əmlakı satılıb. Hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 291 sifariş qəbul olunub.
Xidmətin yaydığı məlumatda bildirilir ki, ötən hərraclarda olduğu kimi, bu dəfə də nəqliyyat vasitələrinin özəlləşdirilməsinə maraq böyük olub və hərrac rəqabətli keçib. Belə ki, ilkin satış qiyməti 7.000 manat olan “BMW 535İ” markalı avtomobilə edilən ən son təklif 3 dəfəyə yaxın artaraq 20.200 manat olub.
Bundan başqa, “Mercedes Benz Sprinter” markalı mikroavtobusun ilkin start qiyməti 10.000 manat olsa da, nəqliyyat vasitəsi 25.700 manata satılıb.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin istehsal tarixi 1985-ci il olan "Şəfəq" gəmisi isə 70.000 manata özəlləşdirilib.
Budəfəki hərracda satılmış dövlət əmlakları üzrə 207.300 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.
Hərracda satılan dövlət əmlaklarının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/332YXm )
Məlumat üçün: Bu ay üzrə növbəti hərraclar 20 və 27 dekabr tarixlərində keçiriləcək və hərraclara 25 kiçik dövlət müəssisəsi və obyekti, 10 nəqliyyat vasitəsi çıxarılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)









.jpg)







