Mərkəzi Bank ilə banklar arasında xarici valyutanın alqı-satqısı qaydası yeniləndi
“Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə banklar arasında xarici valyutanın alqı-satqısı qaydası” qüvvəyə minmişdir
Mərkəzi Bankın İdarə Heyətinin 15 noyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə banklar arasında xarici valyutanın alqı-satqısının yenilənmiş qaydası təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilərək 30.11.2022-ci il tarixindən qüvvəyə minmişdir.
Bu barədə Marja-ya Mərkəzi Bankdan bildirilib.
Qeyd edilib ki, yenilənmiş qayda “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 6-cı və 7-ci hissələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikası Qanununun 22.0.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və Mərkəzi Bank ilə banklar arasında xarici valyutanın alqı-satqısı əməliyyatlarının aparılması qaydalarını tənzimləyir.
"Qaydada Mərkəzi Bankın banklarla apardığı valyuta əməliyyatlarının üsulları, forması, şərtləri hazırda istifadə olunan təcrübəyə uyğun müəyyən edilmişdir. Qaydada Mərkəzi Bankın daxili valyuta bazarında istifadə edə biləcəyi alətlər siyahısında hazırda istifadə olunan alətlərlə yanaşı, valyuta bazarında zərurət yaranacağı hallarda aparıla bilən digər potensial alətlər, o cümlədən forvard, svop, opsion əməliyyatları da yer almışdır. Həmin alətlər üzrə qiymətin hesablanması metodologiyası da qaydalarda öz əksini tapmışdır",- məlumatda bildirilir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
18 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
19 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 19 saat əvvəl
-
20 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
- 20 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycanda Anım Günüdür

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti
