Noyabrda Avropada qazın qiyməti 18% artıb
Qiymət artımının əsas səbəblərindən biri istilik mövsümünün başlamasıdır.2022-ci ilin noyabr ayının nəticələrinə görə, Avropada təbii qazın qiyməti oktyabrın sonu ilə müqayisədə 18% artaraq 1000 kubmetr üçün təxminən 1560 dollar təşkil edib.
Bu barədə Marja.az London ICE birjasının məlumatlarına istinadən xəbər verir.
Artımın əsas amillərindən biri Avropada istilik mövsümünün gec də olsa başlaması və anbarlardan qazın istifadəsinin artmasıdır.
Əgər oktyabrın 31-də qaz fyuçersləri hər 1000 kubmetr üçün təxminən 1246 dollar səviyyəsində ticarəti başa vurmuşdusa, 30 Noyabrda ticarət əvvəlki ayın sonundan 18% artaraq 1558 dollar səviyyəsində bağlanıb.
Eyni zamanda, noyabrda Avropada qazın orta qiyməti 1000 kubmetr üçün təxminən 1259 dollar təşkil edib. Oktyabrda isə orta qiymət 1379 dollar təşkil etmişdi. Bu, anbarların doldurulması üçün qaza tələbatın artması və “Şimal axını”na dəyən ziyanın nəticələri fonunda oktyabrın birinci yarısında qazın bahalaşması ilə əlaqədar baş vermişdi.
Noyabrın sonlarına doğru bahalaşmanın əsas səbəblərindən biri istilik mövsümünün başlaması olub, baxmayaraq ki, rekord gec - noyabrın 14-də başlayıb. İndi Avropa ölkələri öz anbarlarından qazın çəkilməsi sürətini hər gün artırırlar. Həmçinin Avropa İttifaqında elektrik enerjisi istehsalında küləkdən istehsalın payı əhəmiyyətli dərəcədə azalıb. Onun azalması qazın məişət ehtiyacları üçün və sənayedə daha çox istifadəsinə səbəb olur.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 11 d. əvvəl
- 19 d. əvvəl
- 29 d. əvvəl
-
45 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək


























