Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Sonatrach” şirkətinin SOCAR ilə əməkdaşlığının genişləndirilməsi müzakirə edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Sonatrach” şirkətinin SOCAR ilə əməkdaşlığının genişləndirilməsi müzakirə edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əlcəzairdə energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə “Sonatrach” şirkətinin baş direktoru Taufik Hakkar arasında görüş olub. 

Görüşdə “Sonatrach” şirkətinin fəaliyyətinə dair geniş məlumat verilib və şirkətin SOCAR ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılıb.

Əlcəzairdə kəşfiyyat, tədqiqat sahələrində mühəndislik xidmətləri, Azərbaycanın təcrübəsindən bəhrələnməklə neftqazçıxarma obyektlərinin tikintisi və yerli istehsalat üzrə “Sonatrach” şirkəti ilə əməkdaşlıq, həmçinin hər iki ölkənin müvafiq şirkətlərinin birgə  layihələrdə iştirak imkanları nəzərdən keçirilib. Həmçinin “SOCAR Trading” və “Sonatrach” arasında enerji məhsulları üzrə əməkdaşlığın genişləndirilməsinə maraq ifadə edilib. 

Energetika naziri Pərviz Şahbazov gələcək əməkdaşlığın müəyyənləşdirilən yol xəritəsi üzrə hər iki tərəfin tezliklə fəaliyyətə başlamasının vacibliyini diqqətə çatdırıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “Sonatrach” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi, həmçinin Əlcəzair Neft İnstitutunda olublar. 

29.11.2022 18:59
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22

SON XƏBƏRLƏR

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18