Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

SOCAR Gürcüstan ilə yeni əməkdaşlıq müzakirələrinə başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR Gürcüstan ilə yeni əməkdaşlıq müzakirələrinə başlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 2022-ci il noyabrın 28-də Gürcüstan Neft və Qaz Korporasiyasının (GOGC) baş direktoru Corci Çikovani  ilə görüşüb.

SOCAR-ın yaydığı məlumatda bildirilir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələrinin iqtisadiyyatın bütün sahələrində, o cümlədən enerji sektorunda uğurla inkişaf etdiyi vurğulanıb, birgə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən bəhs edilib.

Reklam_3_11

Görüş çərçivəsində Gürcüstanın ən böyük investorlarından olan SOCAR-ın bu ölkədəki çoxşaxəli fəaliyyətindən danışılıb, bu istiqamətdə neft və neft-kimya məhsullarının ticarəti, nəqli, habelə təbii qazın təchizatı və paylanması kimi əməliyyatların uğurla icra edildiyi bildirilib.

Tərəflər arasında, həmçinin qazın nəqli, saxlama infrastrukturunun genişləndirilməsi və digər istiqamətlərdə əməkdaşlıq perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb. 

28.11.2022 17:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18