Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq.
Marja.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamıda bildirilir.
Sərəncam ilə sikkələr hazırlanması üzrə Prezidentinin Administrasiyası və Mərkəzi Bank İcraçı orqanlar olaraq müəyyən ediliblər.
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı TƏDBİRLƏR PLANI
Sıra №-si | Tədbirin adı | İcra müddəti | İcraçı orqanlar (qurumlar) |
| “Heydər Əliyev İli” ilə bağlı yerli və beynəlxalq əhəmiyyətli forum, konfrans, simpozium, dəyirmi masa və seminarların keçirilməsi | 2023-cü il ərzində | Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Heydər Əliyev Mərkəzi |
| Yerli və xarici mediada Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən veriliş, sənədli film və videoçarxların nümayiş etdirilməsi, müsahibə və məqalələrin dərc edilməsi | 2023-cü il ərzində | Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Medianın İnkişafı Agentliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Heydər Əliyev Mərkəzi |
| Azərbaycan Respublikasının şəhər və rayonlarında elm və mədəniyyət xadimlərinin, tanınmış ziyalıların iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər keçirilməsi | 2023-cü il ərzində | Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları aidiyyəti dövlət orqanlarını (qurumlarını) və qeyri-hökumət təşkilatlarını cəlb etməklə |
| Azərbaycan Respublikasının şəhər və rayonlarında “Heydər Əliyev İli”nə həsr olunmuş müxtəlif müsabiqələrin, sərgi, festival və düşərgələrin, konsert və tamaşaların təşkili | 2023-cü il ərzində | Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli icra hakimiyyəti orqanları aidiyyəti dövlət orqanlarını (qurumlarını) və qeyri-hökumət təşkilatlarını cəlb etməklə |
| Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri tərəfindən “Heydər Əliyev İli” ilə bağlı tədbirlər keçirilməsi | 2023-cü il ərzində | Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi |
| Azərbaycan diaspor təşkilatları, koordinasiya şuraları, Azərbaycan Evləri və həftəsonu məktəblərində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlər keçirilməsi | 2023-cü il ərzində | Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Diasporla İş üzrə Dövlət Komitəsi |
| Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlarda “Heydər Əliyev İli” ilə əlaqədar tədbirlərin təşkili | 2023-cü il ərzində | Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi
|
| “Heydər Əliyev İli” çərçivəsində idman yarışlarının və beynəlxalq turnirlərin təşkili | 2023-cü il ərzində | Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Gənclər və İdman Nazirliyi |
| “Heydər Əliyev İli” ilə əlaqədar ölkə ərazisində müvafiq poster və bannerlərin yerləşdirilməsi, rəqəmli bilbordlarda və monitorlarda videoçarxların nümayiş etdirilməsi | 2023-cü il ərzində | Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Reklam Agentliyi, Heydər Əliyev Mərkəzi, yerli icra hakimiyyəti orqanları |
| Ulu Öndərin irsinə həsr olunmuş əsərlərin, kitabların və monoqrafiyaların nəşri | 2023-cü il ərzində | Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi |
| Ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün “Heydər Əliyev təqaüdü”nün təsis edilməsi | 2023-cü il may–iyun | Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Elm və Təhsil Nazirliyi, Maliyyə Nazirliyi |
| Təhsil müəssisələrində “Heydər Əliyev dərsləri”nin keçirilməsi | 2023-cü il ərzində | Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Elm və Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisəsi olan aidiyyəti dövlət orqanları (qurumları) |
| “Heydər Əliyev İli” çərçivəsində sosial dəstək tədbirlərinin və xeyriyyə aksiyalarının keçirilməsi
| 2023-cü il ərzində | Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi |
| Azərbaycan Respublikasının şəhər və rayonlarında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyalarının keçirilməsi və abadlıq işlərinin aparılması | 2023-cü il ərzində | Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları aidiyyəti dövlət orqanlarını (qurumlarını) və qeyri-hökumət təşkilatlarını cəlb etməklə |
| Azərbaycan Respublikasının “Heydər Əliyev – 100” yubiley medalının təsis edilməsi | 2023-cü il yanvar–may | Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Milli Məclisi (tövsiyə olunur)
|
| Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş poçt markalarının və xatirə nişanlarının buraxılması | 2023-cü il mart–may | Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
| Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələrin hazırlanması | 2023-cü il fevral–may | Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Mərkəzi Bankı (tövsiyə olunur)
|
| Heydər Əliyev Mükafatının təqdimat mərasiminin keçirilməsi | 2023-cü il may | Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyası, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası |
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
12 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 12 saat əvvəl
-
12 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 13 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var


















