Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə İşçi qrupunun iclası keçirilib
Bu gün Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı üzrə İşçi qrupunun iclası keçirilib.
"Azərbaycan Dəmir Yolları"nın yaydığı məlumata görə, toplantıda Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan üzrə aidiyyəti qurumların rəsmi şəxsləri iştirak edib.
İclasda bildirilib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun bütün iştirakçılarının birgə səyi nəticəsində 2022-ci ildə dəhliz üzrə tranzit daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. Dəhliz boyu proseslərin optimallaşdırılması sayəsində çatdırılma müddətini azaltmağa imkan verən bir sıra əməliyyat təkmilləşdirmələri həyata keçirilib. Əməliyyatların idarə edilməsi xidmətinin tətbiqi marşrutun Azərbaycan seqmentində bütün tərəflər arasında operativ əlaqənin təşkilinə imkan verib.
Toplantıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə tarif dərəcələrinin təsdiqi və konteyner qatarlarının hərəkəti zamanı onların dislokasiyası barədə məlumat mübadiləsi üzrə aparılan işlərin yekunlarına dair İşçi qrupunun hesabatı müzakirə edilib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 20 d. əvvəl
-
- 33 d. əvvəl
-
2 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























